Accessibility links

“Həqiqi dəyişiklik İlham Əliyev və komandasından başlanmalıdır”


“Həqiqi dəyişiklik İlham Əliyev və komandasından başlanmalıdır”
please wait

No media source currently available

0:00 0:23:32 0:00

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 21-də illik mətbuat azadlığı reytinqini açıqlayıb. Azərbaycan artıq davamlı olaraq bir neçə ildir ki, bu siyahıda azad olmayan ölkələr kateqoriyasına daxil olur. Həbib Müntəzirin sözlərinə görə, Azərbaycan hakimiyyətinin və İlham Əliyevin özünün avtoritarlığı Azərbaycanda medianın hər il daha da qeyri-azad olmasına gətirib çıxaran əsas səbəbdir.

“Baxmayaraq ki, İlham Əliyev hər dəfə beynəlxalq qurumlarla görüşdə Azərbaycanda medianın, internetin azad olduğunu bildirir, lakin, biz bu azadlığı medianın heç bir sahəsində müşahidə etmirik. Azərbaycanda tənqidi çap mediası demək olar ki, yoxdur. Sputnikdə heç bir müstəqil televiziya kanalları yayımlanmır, fm dalğasında Azadlıq Radiosu və Amerikanın Səsi kimi radioların yayımı dayandırılıb, Meydan TV də daxil olmaqla bir sıra media orqanlarının saytına Azərbaycandan girişə qadağa qoyulub. Bunların hamısı onu göstərir ki, Azərbaycan höküməti müstəqil mediaya qarşı apardığı təzyiq və basqı siyasətini davam etdirir.”

İlham Əliyevin avtoritarlığı medianın hər il daha da qeyri-azad olmasına gətirib çıxarır.

Cənab Müntəzir onu da əlavə edir ki, Azərbaycan höküməti bütün bəhanələrdən və imkanlardan istifadə edərək azad mediaya qarşı hücumlarını davam etdirməsi insanlar alternativ yollara əl atmasına gətirib çıxardır.

“Bəzi video bloqerlər var ki, onlar söyüşə üz tutur. Hökümət də bu nümunələrdən istifadə edərək deyir ki, baxın, müstəqil media adlandırdıqları budur. Əslində isə həqiqət bu deyil. Azərbaycanda peşəkar jurnalistikaya, beynəlxal jurnalistika etikasına uyğun olaraq işləmək istəyən insanlar var. Ancaq təzyiqlər və təqiblər o insanları jurnalistikadan uzaqlaşdırır. Belə olduğu halda isə qeyri-peşəkar, populyarlıq qazanmaq istəyən insanlar min cür hoqqadan çıxırlar ki, öz səslərini Azərbaycan ictimaiyyətinə çatdırsınlar. Xalq isə təzyiqlər səbəbindən öz etirazını bildirə bilmədiyi üçün üz tutur höküməti təhqir edən insanlara. Həmin insanlar da xalqın içində basdırdığı sözləri dilə gətirdiyi üçün xalq onlara baxır.’’

İslahatlar kosmetik yox, köklü olmalıdır.

Həbib Müntəzir onu da qeyd edir ki, əgər İlham Əliyev və onun komandası düşünürsə ki, inkişaf etmək lazımdır, bunun üçün biz onlardan köklü islahatlar, sözün həqiqi mənasında dəyişikliklər gözləyirik. Bu da elə ən birinci İlham Əliyevin özünün komandasından başlanmalıdır.

“İlham Əliyev özü də son çıxışında dedi ki, mərkəzi icra strukturlarında pul verib, vəzifəyə gələn və həmin pulu geri qaytarmaq üçün xalqdan və ya dövlət büdcəsindən pul oğurlayan insanlar var. O zaman həmin insanlardan başlamaq lazımdır. Nazirlərdən başlamaq lazımdır. İlham Əliyevin özü və ailəsindən başlamaq lazımdır. İslahat üçün ilk növbədə həbsxanada olan jurnalistlər azadlığa buraxılmalı, ölkədə blok olunmuş xəbər saytlarının bloku aradan qaldırılmalı, fm dalğası qaytarılmalı və jurnalistlərin akkreditasiyasıyla bağlı problemlər həll olunmalıdır. Bütün bunlar baş vermədən hansısa islahatdan söhbət gedə bilməz.”

Azərbaycanda vəziyyət o yerə gəlib çıxıb ki, dövlət qurumlarına kimsə zəng edib demir ki, a bala, siz nə edirsiz?

Meydan Tv-nin təsisçilərindən biri olan Həbib Müntəzir bildirir ki, normal ölkələrdə medianın özünün sözün həqiqi mənasında hakimiyyət sayıldığını görürük. O təftiş edir, baxır, nəzarət edir və bu nəzarətin nəticəsində dövlət qurumları öz üzərində basqı hiss edir və bu basqı sayəsində də həmin qurumlar insanlara xidmət edir.

“İlham Əliyevin özü çıxışlarında dəfələrlə deyir ki, mənə siqnal göndərin. Sən siqnal göndərilən yeri bağlayandan, siqnal göndərilən yerə blok qoyandan sonra sənə necə siqnal gələcək? Sonra da deyirsən mənim hər şeydən xəbərim var. Sən əgər bütün günü səni tərifləyən AZTV-ə baxırsansa, sən əgər guya müstəqil adlandırdığın Mirşahinə müsahibə verirsən və ancaq səni tərifləyən və yaxud qarşı tərəfi ittiham edən suallarla qarşılaşırsansa, burada hansı dəyişiklikdən söhbət gedə bilər?”

XS
SM
MD
LG