Accessibility links

Hərbi vəziyyət dövründə media - ekspert rəyləri


internet

Azərbaycanda sentyabrın 28-də hərbi vəziyyət elan edildikdən sonra ölkədə internetin verilməsində məhdudiyyətlər tətbiq edilir. Bu səbəbdən Azərbaycan ərazisində sosial şəbəkələrə giriş tamamilə məhdudlaşdırılıb.

Azərbaycan vətəndaşları yalnız vpn ilə sosial şəbəkələrə giriş əldə edə bilir. Lakin vpn ilə sosial şəbəkələrə giriş də məhdudlaşdırılır. Rəsmi Bakı vpn-dən istifadə etməməyi tövsiyyə edir.

İnternetin verilməsi məhdudlaşdırıldıqdan sonra bəzi media orqanlarının işində çətinliklər yaranıb.

İnternetin və sosial şəbəkələrin məhdudlaşdırılmasının Azərbaycan qanunvericiliyində necə nizamlanması, medianın hərbi vəziyyət dönəmində rolu və real durumla bağlı hüquqşünas Ələsgər Məmmədli və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin Amerikanın Səsinə müsahibəsini təqdim edirik.

Ələsgər Məmmədli: Hərbi vəziyyət müvəqqəti tədbirdir

Amerikanın Səsi: Ələsgər bəy, Azərbaycan və Ermənistan arasında hərbi vəziyyət şəraitində internetə məhdudiyyətin tətbiq edilməsi nə dərəcədə zəruridir? Azərbaycan qanunverciliyində hərbi vəziyyət dövründə medianın, internetin və sosial şəbəkələrin məhdudlaşdırılması nəzərdə tutulubmu?

Ələsgər Məmmədli: Azərbaycan Konsitutsiyasının 71-ci maddəsi hərbi vəziyyət, müharibə zamanı qanunvericiliyə insan hüquq və azadlıqlarını məhdudlaşdırmağa yönəlik tədbirləri nəzərdə tutub. Bundan əlavə, 2017-ci ildə qəbul olunan "Hərbi vəziyyət haqqında" qanunda konkret olaraq hərbi vəziyyət anlayışının təsviri göstərilib. Burada bütün media vasitələrinin, o cümlədən internet və sosial şəbəkəyə də müəyyən nəzarətin gətirilməsi və hətta hərbi senzuranın tətbiq olunması nəzərdə tutulub. Həmin qanunun 10-cu maddəsinin 22-ci və 23-cü bəndləri bilavasitə KİV-in hərbi vəziyyət dönəmində xüsusi şəraitdə işləməsini və mövzu baxımından hərbi senzuraya, eyni zamanda, yeri gələrsə, media qurumlarının bağlanması vəsatətilə müvafiq orqanın qarşısında çıxış etməsinə icazə verir.

Hərbi vəziyyət dövründə media - ekspert rəyləri
please wait

No media source currently available

0:00 0:08:14 0:00

Amerikanın səsi: Azərbaycanda bəzi internet provayderləri, o cümlədən "Bakinternet" provayderi interneti tamamilə dayandırıb. Karantin rejimi zamanı ölkədə distant təhsil tətbiqi necə həyata keçirilməlidir? İnternet üzərindən işlərini quran şəxslər və müəssisələr bu halda nə etməlidir?

KİV-in hərbi vəziyyət dönəmində xüsusi şəraitdə işləməsini və mövzu baxımından hərbi senzuraya, eyni zamanda yeri gələrsə media qurumlarının bağlanması vəsatətilə müvafiq orqanın qarşısında çıxış etməsinə icazə verir.

Ələsgər Məmmədli: Mən, özüm internet istifadəçisi olduğum üçün həm də monitorinq etmək imkanım var. Azərbaycan dövlət qurumlarının xəbər saytları vpn proqramı olmadan rahat şəkildə açılır. Sadəcə Azərbaycanın blokladığı sosial şəbəkələr var. Onu da yenə vpn vasitəsilə istifadə etmək mümükündür. Azərbaycanda çox sayda vpn istifadəçisi var. Onlar sosial şəbəkədən aktiv şəkildə istifadə edir. Çünki sosial şəbəkənin Azərbaycan seqmentini müntəzəm izləyirəm, özüm də paylaşımlar edirəm. Görürəm ki, burada da çox sayda insan artıq hazırlıqlı olub. Amma, internet aldığım bir neçə pravayderdə sürət də yaxşıdır. Dediyim kimi, dövlət qurumlarının saytları, təhsil ilə bağlı infrastrukturda bu problem yoxdur. Amma, təbii ki, ölkədə artıq komendant saatı da elan olunub. Bu bir reallıqdır ki, internet istər-istəməz çox yüklənir və Azərbaycanın bununla bağlı kifayət qədər aslılığı var. Xaricdən tək xətt üzərindən traffik axır. Bu da müəyyən problemlər yaradır. Sizin dediyiniz "Bakinternet", bunlar provayderlərin öz problemidir. Çünki bu istiqamətdə konkret qərar mövcud deyil.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Amerikanın Səsi: İnformasiya hüqularının məhdudlaşdırılması ilə bağlı vətəndaşlara məlumat verilməyib. Hərbi vəziyyət dövründə dövlətin vətəndaşların hüquqlarını məhdudlaşdırılması necə tənzimlənməlidir?

Ələsgər Məmmədli: Ümumiyyətlə, konstitutsiyada çox aydın yazılıb ki, istənilən rejim, hərbi rejim olsun, fövqaladə vəziyyət olsun, bunlar müddətli tətbiq edilir. Prezidentin sərəncamında müddət göstərilməyib. Amma, "Hərbi vəziyyət haqqında" qanunda yazılıb ki, hərbi vəziyyəti doğuran səbəb aradan qalxdığı zaman bu aradan qalxır. Yəni bunun müvəqqəti bir tədbir olduğu bilinir. Konsitutsiyada da göstərilir ki, müvəqqəti tədbir kimi məhdudlaşdırmalar ola bilər. Amma, daimi əsasda olmayacaq. Daha sonra bunun müddətinin uzadılması ehtiyac olunursa, yəqin ki, parlament bu məsələni yenidən gündəmə gətirib, yenidən müddətin uzadılması və ya hansı müddətə məhdudlaşdırılmasını müəyyən etməlidir. Çünki, bu, konstitutsiyanın tələbidir.

Mehman Əliyev: Dövlət media qurumlarının çalış​masında maraqlı olmalıdır

Amerikanın Səsi: Azərbaycan və Ermənistan arasında hərbi vəziyyət şəraitində internetə məhdudiyyətin tətbiq edilməsi nə dərəcədə zəruridir?Azərbaycan qanunverciliyində hərbi vəziyyət dövründə medianın, internetin və sosial şəbəkələrin məhdudlaşdırılması nəzərdə tutulubmu?

Mehman Əliyev: Əslində, bu, qanunda nəzərdə tutulub. Qanun kifayət qədər sərtdir. Demək olar ki, hər bir KİV-in işi dayandırıla bilər. KİV hansısa icra orqanının tabeliyinə verilə bilər. Yəni, hökümətin informasiya siyasətinə, redaksiyanın işinə müdaxiləsi üçün imkanları kifayət qədər genişdir. Bu mənada qanun imkan verir. Qanun bu mənada sərtdir.

Amerikanın səsi: Azərbaycanda bəzi internet provayderlərinin, o cümlədən "Bakinternet" provayderi interneti tamamilə dayandırıb. Karantin rejimi zamanı ölkədə distant təhsil tətbiqi necə həyata keçirilməlidir? İnternet üzərindən işlərini quran şəxslər və müəssisələr bu halda nə etməlidir?

Mehman Əliyev
Mehman Əliyev

Mehman Əliyev: İnternetin məhdudlaşdırılmasının səbəbi bəllidir. Döyüşlər gedir və hakimiyyət maraqlı deyil ki, dezinformasiyalar və dövlət sirri internetdə yayılsın. Problemlər yaradıb. Amma mən hesab edirəm ki, vəziyyət göstərir ki, hökümət o qədər hazırlıqlı olmayıb. Bütün subyektlər üçün internet kəsilib. İnformasiya istehsalçıları, alıcıları üçün də. Mən hesab edirəm ki, bu düzgün deyil. Bu mənada sosial şəbəkələrin məhdudlaşdırılması ola bilər.

Amma KİV ilə iş belə qurulmalıdır ki, həmin o dezinformasiyalar, qanun pozuntuları sadəcə olaraq olmasın. Ona görə də internetin bütün fəaliyyətini məhdudlaşdırmaq düzgün deyil.


Amma KİV ilə iş belə qurulmalıdır ki, həmin o dezinformasiyalar, qanun pozuntuları, sadəcə olaraq, olmasın. Ona görə də internetin bütün fəaliyyətini məhdudlaşdırmaq düzgün deyil.

Amerikanın Səsi: İnformasiya hüquqlarının məhdudlaşdırılması ilə bağlı vətəndaşlara məlumat verilməyib. Hərbi vəziyyət dövründə dövlətin vətəndaşların hüquqlarını məhdudlaşdırılması necə tənzimlənməlidir?

Mehman Əliyev: Əslində, qanun ümumilikdə münasibətləri tənzimləyir. Amma, xüsusi normativ aktlar, təlimatlar, biz görürük ki, hazır deyil. O mənada ki, elan olunmayıb. Bu münasibətləri biz görmürük. Ona görə də, bu, onu göstərir ki, hakimiyyət bu cür vəziyyətə hazır deyil, halbu ki, hazır olmalı idi. Çünki, bu, dövlət maraqlarından irəli gəlir.

Bizim hakimiyyət həmişə çalışıb ki, əsasən müstəqil medianın fəaliyyətini məhdudlaşdırsın. Bu mənada, ola bilər ki, hərbi vəziyyətdən istifadə edib daha da bunu sərtləşdirsin. Sadəcə, ola bilər, məqsəd bəlkə də hərbi deyil və ümumiyyətlə medianın fəaliyyətini məhdudlaşdırmaqdır. Çünki, həmişə bu, məqsəd olub. Amma, mən yenə də qayıdıram, o məsələyə ki, dövlət maraqlı olmalıdır ki, bütün medialar çalışsın. Hərbi vəziyyət və hərbi sirr haqqında qanun və başqa normativ aktlar çərçivəsində fəaliyyət göstərsin və əməkdaşlıq eləsin. Bu əlbəttə ki, cəmiyyətin xeyrinə olmalıdır.

Şərhlərə bax

XS
SM
MD
LG