Accessibility links

Həsən Şəriətmədari: İranda heç bir siyasi proses azərbaycanlılar olmadan baş verə bilməz


Həsən Şəriətmədari: İranda heç bir siyasi proses azərbaycanlılar olmadan baş verə bilməz
please wait

No media source currently available

0:00 0:12:40 0:00

Tanınmış İran azərbaycanlı dissident Həsən Şəriətmədari Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə ABŞ-ın İrana qarşı sanksiyaları, İran Azərbaycanında durum və azərbaycanlıların ölkədə gedən siyasi proseslərdə rolundan danışıb.

Tramp adminstrasiyası İranın maliyyə və enerji sektorlarını hədəf alan sanksiyaları bərpa edib. Birləşmiş Ştatlar sanksiyaların məqsədinin İranda hakimiyyətin devrilməsi deyil, regional hərbi qruplaşmalara dəstək və raket proqramının inkişaf etdirilməsi ilə bağlı rəsmi Tehranın davranışını dəyişməyə nail olmaq məqsədi daşıdığını bidirir. Ekspertlər İran iqtisadiyyatının durumunun sanksiyaların təsiri altında daha da zəifləyəcəyini proqnozlaşdırır. Tanınmış İran azərbaycanlı dissident, mərhum Ayətullah Məhəmməd Kazım Şəriətmədarinin oğlu Həsən Şəriətmədari Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə ABŞ-ın İrana qarşı sanksiyaları, İran Azərbaycanında durum və azərbaycanlıların ölkədə gedən siyasi proseslərdə rolundan danışıb.

İran hökuməti yavaş-yavaş iqtisadiyyat üzərində oturan və iqtisadiyyatdan “yeyən” bir neçə mafiya qrupundan ibarətdir. Hərəsi o birisini kənarlaşdırıb, “daha çox yeməyə” çalışır.

ABŞ-ın bərpa etdiyi sanksiyaların ikinci raundu İranın neft, gəmiçilik, bank sektorlarını əhatə edir. Həsən Şəriətmədari bildirib ki, ölkə iqtisadiyyatının ağır durumu ilə yanaşı, İran hökumətinin özündə birliyin olmaması rejimin zəifləməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, sanksiyalar tədricən öz təsirini göstərdikcə İran hökuməti iqtisadi durumu ağırlaşmış insanların təzyiqləri ilə qarşılaşacaq. O, hökumət daxilində kəskin fikir ayrılıqlarının mövcud olduğunu və birliyin olmamasını xüsusi qeyd edib. Həsən Şəriətmədari hökumətdaxili ixtilafların Tehran hakimiyyətini “iflic” vəziyyətinə saldığını bildirib.

“Bu hökumətdə öz aralarında da birlik yoxdur. Hökumət daxilindəki qruplaşmalar heç bir ümumi qərar qəbul edə bilmir. Bir qruplaşma nəsə etmək istəsə, o biri qruplaşma onunq arşısını alır. İran hökuməti yavaş-yavaş iqtisadiyyat üzərində oturan və iqtisadiyyatdan “yeyən” bir neçə mafiya qrupundan ibarətdir. Hərəsi o birisini kənarlaşdırıb, “daha çox yeməyə” çalışır.”

Şərtləri qəbul də eləsələr, elə zəif bir hökumət olar ki, müxalifət və millətin onları kənarlaşdırması çətin bir iş olmaz.

ABŞ sanksiyaları İran iqtisadiyyatının durumunun onsuz da ağır olduğu bir vaxt bərpa edilib. Həsən Şəriətmədari sanksiyalardan əvvəl də İranda yüksək inflasiya və işsizlik səviyyəsinin iqtisadiyyat üçün böyük problemlər yaratdığını deyib. Onun bildirdiyinə görə, iqtisadi durumun ağırlaşması rejim üçün ciddi problemlər yaradacaq.

“İran çox pis vəziyyətlə qarşılaşıb. İranın xəzinəsində 70-75 milyard dollar olduğu deyilir. Amma bu, bir ildən çox çatmaz və Amerika ilə müzakirələr aparmasa və bir yerə yetişməsə, İranın vəziyyəti xarab olacaq. Məlum deyil ki, buna davam gətirə bilə.”

Məşrutiyyətdən bu yana və Məşrutiyyətin özündə də İranda baş verən hər bir işdə azərbaycanlıların ilk növbədə rolu olub.

Birləşmiş Ştatlar dəfələrlə bəyan edib ki, sanksiyaların məqsədi İranda rejim dəyişiklikliyi deyil, Tehran rəhbərliyinin xüsusilə də Yaxın Şərqdə xarici terror qruplarına dəstək və uzunmənzilli raketlərin inkişaf etdirilməsi proqramının dayandırılması kimi sahələrdə davranışını dəyişmək məqsədi daşıyır. Həsən Şəriətmədari Tehran rejiminin ABŞ-ın Yaxın Şərq ölkələrində münaqişələrə müdaxilə etməmək və raket proqramını dayandırımaq kimi irəli sürdüyü şərtləri yerinə yetirməyə hazır olmadığını bildirib. Onun sözlərinə görə, Tehran rejiminin bu şərtləri yerinə yetirməsi onun zəifləməsi və süqutuna gətirib çıxara bilər.​

“Cumhuri İslami Pompeonun indiyə qədər dediyi bu 12 şərtə boyun əyə və ya qəbul edə bilməz. Eləsə də bu, Cumhuri İslami deyil, ayrı bir şeydir. Yəni şərtlər budur ki, `sən məntəqədən çıx, müdaxilə eləmə, Suriyada, İraqda, Livanda, Bəhreyndə, Yəməndə olma`. İrana bunu qəbul etmək çox çətindir. Bir hissə qəbul etsə, o birisi qəbul eləməz. Məsələn, Xameneyi qəbul etsə, Sepah qəbul eləməz. Çox çətin müqavimət olar. Qəbul də eləsələr, elə zəif bir hökumət olarlar ki, müxalifət və millətin onları kənarlaşdırması çətin bir iş olmaz.”

Yəni elə bir siyasi proses yoxdur ki, Azərbaycan onun başında olmasın. Bu dəfə də olacaq.

Həsən Şəriətmadəri İranda son il ərzində keçirilən etiraz nümayişlərindən, azərbaycanlıların bu aksiyalarında iştirakından və müəllimlərin tətilindən danışıb. O deyib ki, azərbaycanlılar tələblərinin yerinə yetirilməsi üçün ölkə boyu hərəkatda iştirak etməlidir. Həsən Şəriətmədari İran Azərbaycanında müəllimlərin etiraz aksiyalarına qoşularaq, haqlarını tələb etməsinə yüksək qiymət verdiyini deyib. O, azərbaycanlıların İrandakı siyasi proseslərdə oynadığı rolu xüsusi qeyd edib.

“Azərbaycan Məşrutiyyətdən bu yana və Məşrutiyyətin özündə də İranda baş verən hər bir işdə azərbaycanlıların ilk növbədə rolu olub. Yəni elə bir siyasi proses yoxdur ki, Azərbaycanın onun başında olmasın. Bu dəfə də olacaq. Azərbaycan böyük ölkədir, mühüm yerdir, çoxlu şəxsiyyətləri, böyük mədəniyyəti var, siyasətdə, iqtisadiyyatda böyük adamları var. İranda hər bir iş olsa Azərbaycansız olmaz və Azərbaycan qarışacaq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG