Accessibility links

Həsən Ruhani Trampın seçki ilində müharibəyə başlamayacağını deyir


İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın seçki ilində heç vaxt müharibəyə başlamayacağını bildirib.

Bazar günü Tehranda mətbuat konfransında danışan Ruhani Trampın İran və ABŞ arasında müharibənin onun noyabr ayında yenidən seçilmə şanslarını "pozacağını" bildiyini deyib.

"Düşünürəm ki, amerikalılar müharibənin onlara necə bir zərər verəcəyini bildikləri üçün müharibəyə getməyəkcələr"- deyə, o bildirib.

ABŞ və İran arasında gərginlik artmaqdadır və 40 il əvvəl iki ölkə arasında baş verən girov böhranından bəri görünməyən bir səviyyəyə çatıb.

İki ölkə arasında gərginliklərin artmasına Trampın 2018-ci ildə ABŞ-ı İranla beynəlxalq nüvə sazişindən çıxarması və Tehrana qarşı sanksiyaları bərpa etməsi kimi hadisələr səbəb olub. İran Vaşinqtonun bu addımına nüvə razılaşmasından geri çəkildiyini və uran zənginləşdirilməsinə razılaşmada qoyulmuş məhdudiyyətlərlə bağlı olmadığınə bildirərək cavab verib. Britaniya, Fransa və Almaniya razılığı iflasa uğramamaqdan xilas etməyə çalışır.

Tramp yanvar ayında Bağdad aeroportunda İran generalı Qasım Süleymani və İraq hərbi qruplaşmasının lideri Əbu Mehdi Əl-Mühəndisin dron hücumunda öldürülməsi haqda əmr verdi. İran buna İraqda ABŞ və koalisiya qüvvələrinin qərargahlandığı hərbi bazaya hücum etməklə cavab verdi. Hücum nəticəsində ABŞ-ın 100-dən çox əsgəri xəsarət alıb.

ABŞ davamlı şəkildə İranı terrorizmdə ittiham edir, İran isə ABŞ imperializminin onun iqtisadiyyatını dağıtdığını və Yaxın Şərqdəki qarşıdurmalara təkan verdiyini söyləyir.

Lakin hər iki tərəf bu günə qədər müharibədən yayınmağa çalışıb.

Ruhani mətbuat konfransında həmçinin bildirib ki, İran heç vaxt təzyiqlər altında ABŞ-la danışıqlar aparmayacaq. Lakin o, eyni zamanda, ABŞ-ı nüvə razılaşmasına yenidən qoşulmağa dəvət edərək deyib ki, bir gün ABŞ-ı danışıqlar masasına qayıtmağa məcbur edəcək İran tərəfi olacaq.

"İran heç vaxt təzyiq altında danışıqlar aparmayacaq. Biz heç vaxt Amerikanın təzyiqinə tabe olmayacağıq və zəif bir mövqedən danışmayacağıq" - deyə, Ruhani bildirib.

XS
SM
MD
LG