Accessibility links

Həsən Ruhani: "İran hazırda daha çox uran zənginləşdirir "


İran prezidenti Həsən Ruhani televiziya çıxışı zamanı bildirib ki, hazırda İran 2015-ci il nüvə sazişindən əvvəl uran zənginlənşdirilməsindən daha çox uran zənginləşdirir.

"Hazırda razılaşma əldə edilməmişdən əvvəlki dövrlə müqayisədə daha çox uran zənginləşdiririk ... İrana təzyiq artıb, amma irəliləməyə davam edirik" deyə bildirb.

İran tədricən nüvə sahəsindəki fəaliyyətlərini Vaşinqtonun 2018-ci ildə paktdan çıxmasına və ölkə iqtisadiyyatına xələl gətirmiş sanksiyaların geri qaytarılmasına cavab olaraq artırıb.

XS
SM
MD
LG