Accessibility links

Həsən Ruhani: İngiltərə "səhv hərəkətlər"dən geri çəkilsə, İrandan müvafiq cavab alacaq


İranın Grace 1 tankeri London və Tehran arasındakı diplomatik qarşıdurma fonunda İranın Hörmüz boğazında Britaniya bayraqlı Stena Impero tankerini ələ keçirməsindən sonra çərşənbə günü Cəbəllütariq sahillərində görünüb.

İran prezidenti Həsən Ruhani çərşənbə günü İranın Avropa ölkələri ilə gərginlik axtarmadığını söyləyib və əlavə edib ki, İngiltərə Cəbəllütariqdəki "səhv hərəkətlər"dən geri çəkildiyi zaman İrandan müvafiq cavab alacaq.

Gəmilərini qorumaq məsuliyyəti Britaniyanın üzərinə düşür.

Britaniyanın xarici işlər naziri Ceremi Hant Nümayəndələr Palatasına bildirib ki, rəsmi London Avropanın rəhbərliyi altında Hörmüz boğazında donanma qoruma missiyası həyata keçirmək planındadır.

Eyni zamanda Hant İrana sanksiya tətbiq etməkdən çəkinməklə bir çox qanunvericini təəccübləndirib. Habelə Hantın yardım üçün ABŞ-a yox, Avropaya üz tutması bəzi mühafizəkar qanunvericilıəri əsəbiləşdirib.

Üç yüksək vəzifəli Avropa Birliyi diplomatının sözlərinə görə, çərşənbə axşamı Fransa, İtaliya və Danimarka Hörmüz boğazından daşınmaların təhlükəsiz nəqlini təmin etmək üçün Avropanın idarə etdiyi dəniz missiyası üçün Britaniyanın planına ilkin dəstək verib.

AB nümayəndələrinin Brüsseldəki görüşündə ehtiyatlı şəkildə dəstəklənməsi, Avropa müttəfiqlərinin Amerikanın bənzər müraciətinə, NATO-nun ilk olaraq iyun ayının sonunda ABŞ və İrandakı gərginliyi artıra biləcəyindən qorxduğu zaman verdiyi reaksiya ilə kəskin şəkildə ziddiyyət təşkil edir.

Britaniyaya məxsus Stena Impero neft tankeri Bəndər Abbas limanında saxlanılır.
Britaniyaya məxsus Stena Impero neft tankeri Bəndər Abbas limanında saxlanılır.

İran bu təklifi rədd edərək bildirib ki, xarici güclər Tehrana və bölgədəki digər ölkələrə təhlükəsiz dəniz yollarını tərk etməlidirlər. Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq nefti ixracının böyük hissəsi bu boğazdan keçir.

ABŞ Dövlət katibi Mayk Pompeo Fox News telekanlına bildirib ki, Britaniya körfəzdə öz gəmilərini qorumalıdır.

"Gəmilərini qorumaq məsuliyyəti Britaniyanın üzərinə düşür," deyə Pompeo ABŞ-ın nə kimi ölçülər götürəcəyi barədə sualı cavablandırıb.

XS
SM
MD
LG