Accessibility links

Həsən Ruhani: İran “israrlı müqavimət” yolunu seçib


İran prezidenti Həsən Ruhani deyib ki, ABŞ Tehrana qarşı sanksiya məsələsində daha çox təcrid vəziyyətinə düşüb.

O, iyulun 14-də televiziya ilə çıxışında bildirib ki, İran “israrlı müqavimət” yolunu seçib.

ABŞ prezidenti Donald Tramp bu il mayın 8-də ölkəsinin 2015-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaları bərpa etdiyini bəyan edib.

Həsən Ruhani qeyd edib ki, Birləşmiş Ştatların məntiqi heç bir beynəlxalq təşkilat tərəfindən dəstəklənmir.

O bildirib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, İran bütün dünya ilə iqtisadi əlaqələrini inkişaf etdirməkdə davam edir.

ABŞ-ın bu addımı İran iqtisadiyyatına güclü ziyan vurub, bir çox beynəlxalq şirkətlər bu ölkədən getməli olub, İranın milli valyutası rial son 9 ayda ABŞ dollarına nisbətdə dəyərinin təxminən yarısını itirib.

XS
SM
MD
LG