Accessibility links

Həsən Ruhani: İran uranın zərginləşdirilməsini 'lazımi səviyyəyə qədər' artıracaq


İran iyulun 7-dən sonra uran zənginləşdirilməsini 2015-ci ildəki nüvə razılaşmasının limitdən kənara çıxara çıxaraq özünə lazım olan səviyyəyə qədər artıracaq. Bu barədə İran prezidenti Həsən Ruhani iyulun 3-də Tehranı müqaviləni yenidən müzakirə etməyə məcbur etmək üçün ABŞ-ın səylərini şərh edərək deyib.

"Zənginləşdirmə səviyyəmiz artıq 3.67% səviyyəsində olmayacaq. Bu öhdəliyimizi ehtiyacımız olan rəqəmə qaldıracayıq, tələbatımıza uyğun həddə çatdıracayıq və bunu 3.67-dən yuxarı götürəcəyik", Həsən Ruhani deyib.

İran bazar ertəsi 2015-ci ildə dünya qüdrətləri ilə əldə etdiyi razılıqda icazə verilən az zənginləşdirilmiş urana tətbiq olunan limitdən daha çox uran istehsal etdiyini açıqlayıb. ABŞ prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatına qoyulmuş limiti aşdığını elan etməsindən sonra İranın "yanğınla oynadığını" düşündüyünü söyləyib.

Avropalı tərəfdaşlar iyulun 2-i Tehranın razılaşmanın açıq şəkildə pozulması ilə "son dərəcə narahat" olduqlarını bildirib. İsrailin isə İran ilə ABŞ arasındakı hər hansı bir hərbi qarşıdurmada iştirak etməyə hazır olduğunu söyləyib.

XS
SM
MD
LG