Accessibility links

Həsən Ruhani İraqda səfərdədir


Iraq Iran
Iraq Iran

İran prezidenti Həsən Ruhani qonşu ölkələr arasındakı əlaqələri genişləndirmək məqsədi ilə bazar ertəsi günü İraqa 3 günlük səfərə çıxıb.

Səfəri çərçivəsində Həsən Ruhaninin İraq prezidenti Barham Salih, baş nazir Abdel Abdul Mehdi və digər rəsmi şəxslərlə görüşəcəyi gözlənilir.
Bu, Ruhaninin prezident seçildiyi 2013-cü ildən İraqa ilk səfəridir.

İran İraqla apardığı qarşılıqlı ticarəti gücləndirmək istəyir. İran həmçinin İraqı ABŞ və digər 5 ölkənin 2015-ci il nüvə razılaşmasından çıxdıqdan sonra İrana tətbiq etdiyi iqtisadi sanksiyalardan qaçınmaq üçün mümkün yol kimi görür.

Ruhaninin səfərindən öncə hazırlıq danışıqları aparan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, prezidentin danışıqları iqtisadi məsələlərlə yanaşı, ikitərəfli əlaqələrin gücləndirilməsi və siyasi mövzuları da əhatə edəcək.

XS
SM
MD
LG