Accessibility links

Həsən Ruhani: Təyyarə qəzasına görə məsuliyyət daşıyanlar cəzalandırılacaq


İran prezidenti Həsən Ruhani Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyanların cəzalandırılacağına söz verərək, insidenti "bağışlanılmaz" adlandırıb.

İran dövlət televiziyasında çıxış edən Ruhani xüsusi məhkəmənin yaradılmasına çağırıb və deyib ki, "bütün dünya bunu izləyəcək".

"Biz bu insidentin bütün tərəflərinin araşdırmağa, buna görə məsuliyyət daşıyanları cəzalandırılmağa və insanları bu kimi insidentlərin bir daha baş verməyəcəyinə əmin etməyə davam edəcəyik" - deyə, Ruhani bildirib.

İran prezidenti hökumətin qəza ilə əlaqədar İran xalqı və digər millətlər qarşısında məsuliyyət daşıdığını bildirib.

Digər tərəfədən isə İran Baş Prokurorluğunun sözçüsü Qulamhüseyn İsmayili yaydığı açıqlamada qəza ilə əlaqədar bəzi şəxslərin saxlanıldığını bildirib. Lakin saxlanılanların kim olduğu və neçə nəfər olduğu məlum deyil.

XS
SM
MD
LG