Accessibility links

Həyatlarını Yosemite vadisinə həsr edənlər


Həyatlarını Yosemite vadisinə həsr edənlər
please wait
Embed

No media source currently available

0:00 0:08:45 0:00

Dünyada Yosemitedən daha gözəl bir şey ola bilməz. ABŞ prezidenti Teodor Ruzvelt Yosemite vadisini belə təsvir edirdi. İlin hansı fəsli, havanın necə olmasından asılı olmayaraq Tunel-dən vadiyə açılan mənzərə hər zaman insanın nəfəsini kəsir. Sol tərəfdə vadinin ən dəyərlisi, 1000 metr hündürlüyündə El Kapitan, onun arxasında suyunun çoxluğundan gecələr ay göy qurşağı yaranan Yosemite şəlaləsi, lap arxada qırmızı, çəhrayı buludlar arasından görünən Half Dome, sağ tərəfdə isə vadinin yüzlərlə şəlaləsindən biri olan Bridal Veil şəlaləsi. 8 mil uzunluğundakı bu vadi boyunca hər addım sonrası təbiətin gözəliyyinə aşiq olmamaq mümkün deyil. Bu dəfə sizə Yosemite vadisinin gözəlliyinə vurulub, həyatlarını bu parkın qorunmasına həsr edən insanlardan danışacam.

XS
SM
MD
LG