Accessibility links

Haaqa məhkəməsinin qərarı ilə Rusiya Yukos-a 50 milyard dollardan çox təzminat ödəməlidir


Haaqa Beynəlxalq Apelyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib və Yukos şirkətinin keçmiş səhmdarlarının iddiasını təmin edib. Qərara əsasən Rusiya iddiaçılara 50 milyard dollardan çox təzminat ödəməlidir.

Haaqadakı arbitraj məhkəməsi 2014-cü ildə təzminat haqqında qərar çıxarmışdı. O zaman məhkəmə Rusiyanın bu şirkətin qanuni sahiblərindən əslində müsadirə edildiyi barədə qərar vermişdi.

İddiaçılar üç ofşor strukturudur - Hulley Enterprises, Yukos Universal və Group Menatep Limited şirkətinin nəzdində olan Veteran Petroleum. Onlar Yukos-un 70% -nə sahib idilər və iflas zamanı maddi itkilərlə üzləşmişdi.

Qərar 2016-cı ildə ləğv edilib.

İndi Haaqa Apellyasiya Məhkəməsi Haaqa beynəlxalq arbitraj qərarının ləğvi barədə rayon məhkəməsinin qərarını ləğv edib.

Rusiya indi Niderland Ali Məhkəməsinə şikayət edə bilər.

Məhkəmədə Rusiyanın maraqlarını təmsil edən vəkillər Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionovun Haaqadakı ifadələri müqabilində keçmiş Yukos səhmdarlarından gizli ianə aldığını iddia ediblər. İllarionov Rusiya nümayəndələrinin açıqlamalarını "yalan" adlandırıb.

Andrey İllarionov 2000-2005-ci illərdə prezidentin iqtisadi məsələlər üzrə müşaviri işləyib. O, 2012-ci ildə Haaqa məhkəməsində çıxış edən səkkiz şahiddən biridir. İllarionov ifadəsində Yukos-u "Rusiyanı azad ölkə olaraq görmək istəməyənlər üçün ən təhlükəli düşmənlərdən biri" adlandırıb.

XS
SM
MD
LG