Accessibility links

Habanos kuba siqarları 2018-də rekord satış əldə edib


Habanos kuba siqarları 2018-də rekor satış əldə edib
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Kuba siqarlarının istehsalçısı Habanos bazar ertəsi bildirib ki, 2018-də şirkət rekord 537 milyon dollar dəyərində satış əldə edib.

Habanos-un vitse-prezidenti Hose Maria Lopez bu rəqəmi Havanada keçirilən 21-ci Habanos Festivalında açıqlayıb. O, bunun 2017-ci illə müqayisədə 7 faizlik artım olduğunu söyləyib.

“2018 Habanos üçün yaxşı il oldu. Biz biznesimizi 2017 ilə müqayisədə 7 faiz böyütmüşük və 537 milyon dollara çatmışıq. Bu isə Habanos-un tarixində bir rekorddur. Bir digər yaxşı xəbər odur ki, ki, biz hər bir coğrafi regionda artım müşahidə etmişik”, o deyib.

Habanos siqarları
Habanos siqarları

Şirkət bildirib ki, Çin satış baxımından Fransanı keçərək Habanos-un ikinci ən böyük bazarına çevrilib. İspaniya isə birinciliyini qoruyub saxlayıb.

“Fransada, yəni ikinci ən böyük bazarımızda vergilərimiz 17 faiz artıb. Buna və verginin böyük hissəsinin müştərinin və fransız distribyutorun payına düşməsinə baxmayaraq, biz bazarı sabitləşdirməyi bacardıq və hazırkı göstəricilər 2017 ilə eynidir. Eyni zamanda isə bu, Çinin Fransanı ötərək, bizim dünyadakı ikinci ən böyük bazarımıza çevrilməsinə gətirib çıxarıb”, Lopez söyləyib.

Habanos Festivalında şirkət və onun 27 brendi nümayiş olunur. 2019-cu ildə keçirilən festival fevralın 18-dən 22-dək davam edir. Bu ilki festivalda həmçinin Havanın 50-ci ildönümü də qeyd olunur.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG