Accessibility links

Habl Teleskopunun missiyası uzadılıb [Video]


Habl Teleskopunun missiyası uzadılıb
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Habl Teleskopunun missiyası uzadılıb

Teleskopun işləməsində insan faktoru əvəzedilməzdir

Habl Fəza teleskopu necə işləyir? Cavab, əlbəttə, kompyuterlərdir. Lakin teleskopun fəaliyyət göstərməsi üçün insan qüvvəsinə ehtiyac var.

Habl Fəza Teleskopu ilə Yer sakinləri 26 ildir fəzanın dərinliklərini müşahidə edirlər. Bu peyk üçün uzun bir müddət olsa da NASA-nın təxminən 80 mühəndisdən ibarət işçi komandası Habl-ın mexaniki hissələrinin daha uzun müddət işləməsi üçün çalışırlar.

İşin mühim bir hissəsi yarana biləcək problemlərin qarşısını almaq və bu problemlərin üzərində çalışmaqdır. Bunları həll etdikdən sonra ən qısa müddətdə elmi əməliyyatlara başlanılacaq.

Bütün dünya ölkələrindən astronavtlar görüntüləri Habl vasitəsi ilə əldə edirlər. Teleskop hər həftə müşahidələri tamamlamaq üçün bir sıra əmrləri yerinə yetirir.

İşin çətin hissəsi bu əməliyyatları həyata keçirmək üçün ən effektiv yolu tapmaqdır, beləliklə Habla mümkün qədər çox vaxt sərf edilir.

Habldan əldə olunan məlumatlar astronomlara kainatın yaşını təyin etmək, Yupiterin buludlarına çırpilan kometləri müşahidə etmək və planetlərin yeni doğulan ulduzlar ətrafında həlqə yaratmasının görüntülərinin əldə olunması kimi imkanlar yaradır.

Habl hələ də çox yaxşı fəaliyyət göstərir ki, bu da NASA-nın peykdə missiyasını 5 il uzatmasına səbəb olub. Beləliklə, Hablın missiyası 2018-ci ildə fəaliyyətə başlayacaq Ceyms Ueb Fəza Teleskopunun missiyası ilə üst-üstə düşəcək.

Ueb və Habl bir birini tamamlayacaq. Hubl optik və ultrabənövşəyi, Ceyms Ueb isə infraqırmızı teleskopdur. Onların hər ikisinə birlikdə sahib olmaq üstünlükdür.

Ceyms Ueb Fəza Teleskopu hələlik Yerdə quralışdırılır və test edilir, Lakin astronomlar teleskopun nəyə qadir olduğunu görmək üçün səbirsizliklə gözləyirlər.

XS
SM
MD
LG