Accessibility links

Astarada saxlanan şəxs özünü öldürüb


intihar
intihar

Faktla bağlı cinayət işi qaldırılıb

Bəhram İmamverdiyev Astara rayon Polis Şöbəsinin (Bakıdan 317 kilometr cənub) saxlama yerində özünü öldürüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayəıt işi başlanıb.

Mətbuat xidmətindən bildiriblər ki, hazırda məhkəmə-tibbi ekspertiza aparılır, ölümün səbəbləri istintaq yolu ilə müəyyən ediləcək.

Yerli mənbələr İmamverdiyevin narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanıldığın bildirir.

XS
SM
MD
LG