Accessibility links

Hafiz Babalı: Satınalmalarda çox ciddi nöqsanlar var


İqtisadçı ekspert Hafiz Babalı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda tenderlərin keçirilməsində problemlərdən danışıb.

Hafiz Babalı: Satınalmalarda çox ciddi nöqsanlar var
please wait

No media source currently available

0:00 0:08:41 0:00


Amerikanın Səsi: Azərbaycan rəhbərləri dəfələrlə tenderlərin şəffaf şəraitidə keçirilməsinin vacibliyini bəyan edib. Sizcə ölkə rəhbərlərinin sərt bəyanatları tenderlərin şəffaf şəraitdə keçirilməsinə nə qədər təsir edir?

Həqiqətən də satınalmalarda şəffaflığın normaları, eyni zamanda hesabatlılıq tələbləri bir çox hallarda pozulur.

Hafiz Babalı: Dövlət satınalamalarının keçirilməsi prezident və ya hökumət nümayəndələrinin bu məsələ ilə bağlı açıqlamaları, onların bu məsələ ilə bağlı sərt mövqeyi ilə tənzimlənmir. Satınalmalar qanuna uyğun, qanun əsasında hazırlanmış normativ sənədlərə uyğun aparılır. Burada da, eyni zamanda, demək lazımdır ki, şəffaf mexanizm mövcuddur. Bu mənada göstərişlərin verilməsini başa düşmək olar. Həqiqətən də satınalmalarda şəffaflığın normaları, eyni zamanda hesabatlılıq tələbləri bir çox hallarda pozulur. Amma bu tələblərə, bu göstərişlərə nə dərəcədə əməl olunur, bunun mexanizmini təyin edən digər üsullar var. Bu Hesablama Palatasının apardığı yoxlamalardır. Maliyyə Nazirliyinin müvafiq maliyyə nəzarəti xidmətinin apardığı yoxlamalardır. Bunda da biz görürük ki, məsələn, Hesablama Palatasının verdiyi açıqlamalardan görürük ki, satınalmalarda çox ciddi nöqsanlar var. Bu həm şəffaflığın təmin olunması ilə bağlıdır, həm iştirakçılığın təmin olunmasında yol verilən nöqsanlardır. Eyni zamanda, bir çox satınalmalarda prosedur pozuntuları var. Qeyd etmək lazımdır ki, bu pozuntular azalmaqdansa, ilbəil artır. Eyni zamanda, bu da diqqətə çatdırılmalıdır ki, bu pozuntular təkcə ondan qaynaqlanmır ki, satınalmalar gündən-günə daha da artır. Bunların sayı da artır. Eyni zamanda ona görə artır ki, yol verilən pozuntuları üzrə çıxaran qərarlara əməl olunmur. Hesablama Palatasının Respublika Prokurorluğuna, aidiyyatı dövlət qurumlarına göndərdiyi pozuntuların aradan qaldırılması ilə bağlı tələblərə əksər hallarda əməl olunmur.

Amerikanın Səsi: Son zamanlar bir sıra nazirliklərdə tenderlərin keçiriilməsində baş verən qanun pozuntuları nəticəsində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı çoxsaylı insanlar həbs edilib. Bu həbslər tenderlərin şəffaf keçirlməsi üçün əsas yarada bilirmi?

Problemin mahiyyəti ondan ibarətdir ki, satınalmalarada olan pozuntular sistem xarakteri daşıyır. Bunlar sanki bir mərkəzdən idarə olunurmuş kimi aparılır.

Hafiz Babalı: Hesab etmirəm. Yəni həbslər, qanunvericiliyin sərtləşdirilməsi, bu, bir tərəfdən müsbət qiymətləndirilə bilər ki, hökumət, dövlət, hüquq-mühafizə orqanları şəffaflığın təmin olunması, qanun pozuntularının aradan qaldırılması ilə bağlı ciddi addımlar atırlar. Pozuntulara yol vermiş şəxslər barədə müvafiq tədbir görülür. Amma bu, problemin mahiyyəti ondan ibarətdir ki, satınalmalarada olan pozuntular sistem xarakteri daşıyır. Bunlar sanki bir mərkəzdən idarə olunurmuş kimi aparılır. Yəni, pozuntular o qədər miqyaslı, o qədər təkrar olunandır ki, burada sanki idarə olunan mexanizmin bir elementi olduğunu görürük. Bu mənada hesab edirəm ki, Hesablama Palatası, Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, bütün dövlət qurumları bunun kökünü araşdırmalıdır. Hər hansı nazirlikdə deyək ki, kimi isə həbs etdilər. Həmin nazirlik yenə satınalma keçirmirmi? Həmin satınalma keçirilən dövrdə məgər problemlər aradan qalxdımı? Daha pozuntulara yol verilmirmi? Pozuntular yenə davam edir. Burada məsələyə köklü baxmaq lazımdır. Qanunun cızdığı çərçivə prosedurları normal aparmağa imkan verir. Amma burada həm insan faktoru var, həm də beynəlxalq təcrübədən irəli gələn normaların tətbiqinə imkan yaradılmaması var. Azərbaycanda keçirilən tenderlər və qonşumuzda yerləşən Gürcüstanda keçirilən tenderlər. Bunlar nə dərəcədə bir-biri ilə müqayisə oluna bilər? Şəffafdır? Orada da satınalmalar həyata keçirilir, burada da satınalmalar həyata keçirilir. Amma qanuna əməl etmə səviyyəsi bizim ölkədə çox aşağıdır. Bunu cərimələrlə, həbslərlə aradan qaldırmaq mümkün olmayacaq.

Amerikanın Səsi: Tenderlərin şəffaf keçirilməsini təmin etmək üçün hansı addımlar atılmalıdır?

20 ildən çoxdur ki, Azərbaycan kağız üzrəində satınalamaları həyata keçirib.

Hafiz Babalı: İlk növbəsdə qanunvericiliyin növbəti dəfə təkmilləşdirilməsinə ehtiyac var. Bilirəm ki, ən azı hökumət bunu bəyan edir. Dövlət qurumlarından öyrəndiyimiz kimi, yeni qanun üzərində iş gedir. “Dövlət satınalmaları haqqında” qanuna sonuncu dəfə may ayında dəyişikliklər olandan sonra yeni qanunun üzərində sürətli iş aparılır. Bu qanunun əsas qayəsi ondan ibarət olmalıdır ki, elə bir mexanizm yaradılsın ki, burada şəffaflığın bütün tələblərinə əməl olunsun. Satınalmanın planlaşdırlmasından başlamış, satınalmanın nəticələrinin elan olunmasına və müqavilənin icrasına qədər əməl olunmalıdır. Elə bir mexanizmi olmalıdır ki, saxta şirkətlərin bu prosedurlara baş vurması, burada hətta qalib çıxması qeyri-mümkün olsun. Bunun üçün əslində beşinci təkər icad etməyimizə ehtiyac yoxdur. Dünyada bunun mexanizmləri var. O mexanizmi Azərbaycana gətirmək lazımdır. Bu da demokratiya deyil ki, deyək ki, bu xaricdə var, onun Azərbaycanda tətbiqi üçün mexanizmlər lazımdır. Cəmiyyət buna alışmalıdır. 20 ildən çoxdur ki, Azərbaycan kağız üzərində satınalamaları həyata keçirib. Yəni, bizim bu sahədə böyük təcrübəmiz var. Yaxşı, müsbət, mənfi, neqativ və sair, ən azı təcrübəmiz var. Bu təcrübənin daha da təkmilləşdirilməsinə və mütərəqqi üsullarla aparılmasına ehtiyac var.

Amerikanın Səsi: Bir sıra ekpsertlər ölkədə məmur biznesinin geniş vüsət aldığından bəhs edir. Məmurların bizneslə məşğul olduğu hökumətdə tenderlərin şəffaf keçirilməsi nə qədər real görünür?

Birinci növbədə məmurların gəlir və əmlak bəyannaməsinin təqdim edilməsi proseduruna başlamalıyıq. İkinci mərhələdə məmurların biznesdən kənarlaşdırılması tələb olunmalıdır.

Hafiz Babalı: Bir çox hallarda görürük ki, dövlət qurumunda çalışan hansısa məmur öz şirkəti vasitəsi ilə tenderdə qalib gəlib. Bunun nümunələri kifayət qədərdir. Məsələn, mən bunu Fövqəladə Hallar Nazirliyinin nümunəsində göstərə bilərəm. Ya nazirin özünə məxsus, yaxud ailə üzvlərinə məxsus olan şirkətlər, ya da onun qaynına məxsus olan şirkətlər tenderlərdə qalib gəlir. Baxmayaraq ki, qanunun birbaşa norması var ki, əlaqəli şəxslərin tenderlərdə iştirakı məhduddur, qalib gəlməsi isə artıq nonsesdir. Amma bunun qarşısının alınması ilə bağlı hala rast gəlməmişik. Elan olunsun ki, məmur öz biznesini tenderlər vasitəsi ilə daha da genişləndirir. Bunun qarşısını almaq üçün təbii ki, birinci növbədə məmurların gəlir və əmlak bəyannaməsinin təqdim edilməsi proseduruna başlamalıyıq. İkinci mərhələdə məmurların biznesdən kənarlaşdırılması tələb olunmalıdır. Üçüncü növbədə isə, bu artıq proseslərin daha da idarə olunan şəkilə düşməsi üçün tender komissiyalarının özləri bütün bu prosesləri idarə olunan şəkildə istiqamətləndirilməsi üçün dövlət reyestrlərinə çıxış imkanları olmalıdır. Onlar görsünlər ki, həqiqətən də burada məmurun şirkəti iştirak edir. Yəni, birbaşa sübutlarla bunu müəyyən etmək çətindir. Dövlət reyestrində təsdiq olunan məlumatlar uyğun gəlməyə bilər. Benifesiarların müəyyən olunması çətin ola bilər. Bu məndan tender komissiyasının üzvlərinin üzərinə də böyük vəzifə düşür. Onlar iştirakçıların çevrəsini müəyyən etməkdə maksimum çıxış imkanları yaratmalıdır.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG