Accessibility links

Hafiz Həsənov: Vətəndaşların müraciətlərinə baxılmasında çox ciddi problemlər var


Hafiz Həsənov
Hafiz Həsənov

"Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

“Azərbaycanda vətəndaşların müraciətlərinə baxılmasında çox ciddi problemlər mövcuddur. Vətəndaşların müraciətləri dedikdə ərizə, müraciət, şikayət, təkliflərin verilməsi və qəbulların keçirilməsi nəzərdə tutulur. Ərizə və müraciətlərə baxılmasında başdansovdu, səhlənkar yanaşma, məmur məsuliyyətsizliyi var. Əsasən şikayətlərə baxılması sahəsində çox ciddi problemlər müəyyən etmişik.”

Bu barədə Amerikanın Səsinə müsahibəsində "Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov bildirib.

Hafiz Həsənov: Vətəndaşların müraciətlərinə baxılmasında çox ciddi problemlər var
please wait

No media source currently available

0:00 0:08:00 0:00

Onun rəhbərlik etdiyi "Hüquq və İnkişaf” İctimai Birliyi “LD Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının (German Marşall Fondunun layihəsi) dəstəyi ilə “Vətəndaşların müraciətlərinə baxılması sahəsində dövlət orqanlarının hesabatlılığının artırılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dəstək” layihəsini həyata keçirib. Layihə çərçivəsində Azərbaycanın 7 regionunda və 4 dövlət qurumunda monitorinqlər aparılıb.

Hafiz Həsənovun sözlərinə görə, qurum vətəndaşların müraciətlərinə baxılmasını öyrənmək üçün müsahibələr aparıb, dövlət qurumlarında monitorinqlər keşirib, medianı izləyib.

Müraciətlərə vaxtında, bir çox hallarda təyinatı üzrə və hərtərəfli baxılmır. Müraciətlərə başdansovdu cavablar verilir. Şikayət hansı qurumdan, hansı vəzifəli şəxsdən verilirsə, məhz araşdırlması üçün həmin quruma və vəzifəli şəxsə göndərilir.

“Monitorinqlərimiz göstərdi ki, bütün dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması, qəbulların keçirilməsi, şikayətlərin öyrənilməsi ilə bağlı ciddi problemlər var. Belə ki, müraciətlərə vaxtında, bir çox hallarda təyinatı üzrə və hərtərəfli baxılmır. Müraciətlərə başdansovdu cavablar verilir. Şikayət hansı qurumdan, hansı vəzifəli şəxsdən verilirsə, məhz araşdırlması üçün həmin quruma və vəzifəli şəxsə göndərilir. Demək olar ki, bütün yüksək icra hakimiyyəti orqanlarında qəbullar birinci şəxs və onun müavinləri səviyyəsində aparılmır. Belə baxış var ki, Bakıda nazirlər, nazir müavinləri, komitə sədrləri, onların müavinləri qəbul keçirmir. Prezidentin göstərişi ilə 2013-cü ildən qəbullar regionlarda keçirilir. Monitorinqlər göstərir ki, bu qəbulların özü də bir sıra hallarda formal xarakter daşıyır. Burada da arzuolunmaz vətəndaşlar qəbullara buraxılmır. Həm də qəbulların müddəti olduqca azdır, şikayətlərə mahiyyəti üzrə baxılmır. Ayda bir-iki saat müddətində qəbul keçirmək, həm də formal qəbul keçirmək qəbuledilməzdir. Hətta şöbə müdirlərinin, idarə rəhbərlərinin qəbullarının müddəti azdır,” o qeyd edib.

Ekspert hesab edir ki, qanunvericilikdə də vətəndaşların müraciətlərinə baxılmamasına görə adekvat tədbirlər nəzərdə tutulmur.

“Yalnız `İnzibati Xətalar` Məcəlləsində inzibati məsuliyyət müəyyən edilib. O da vəzifəli şəxslərə 100 manat, dövlət qurumlarına 200 manat məbləğində icbari cərimə nəzərdə tutur. Ancaq müraciətə baxılmamasında elə hərəkətlər var ki, kriminaloji və ya cinayət əməlidir. Lakin `Cinayət Məcəlləsi`ndə müraciətə baxılmamasına görə ümumiyyətlə məsuliyyət nəzərdə tutulmur. Həmçinin bu sahəyə ictimai nəzarət yoxdur.”

O hesab edir ki, elektron müraciətlərin sayı artsa da, bu sahədə də hüquqi və praktiki problemlər var.

“Elektron sənəd qaydasında verilən müraciətlərə elektron imza tələb olunur. Burada əlçatanlıq yoxdur. Ucqar regionlarda yaşayan insanların eklekton sənəd qaydasında müraciət etməsi mümkün deyil.”

Ekspertin fikrincə, problemlərin həlli üçün ilk növbədə qanunvericilik təkmilləşdirilməlidir.

“Qanunvericilikdə məmur məsuliyyətsizliyinin aradan qaldırılması üçün konkret tələblər olmalıdır. Müraciətlərə, şikayətlərə baxılmaması ilə bağlı məmurların və dövlət qurumlarəının məsuliyyəti sərtləşdirilməlidir. İnzibati məsuliyyət vəzifəli şəxslər üçün 2500 manat, dövlət qurumları üçün 5000 manat cərimə nəzərdə tutmalıdır. İctimai nəzatətin gücləndirilməsi vacibdir,” Həsənov qeyd edib.

Azərbaycanda vətəndaşların müraciətinə baxılması 30 sentyabr 2015-ci il tarixli “Vətəndaşların müraciətləri haqqında” qanunla tənzimlənir. Qanuna görə, vətəndaşların dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ var.

Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Verilən müraciəti qəbul etməkdən imtina qadağandır.

Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG