Accessibility links

Qərb Rusiya-Ukrayna böhranının diplomatik yolla həllinə çağırır


Qərb dövlətləri Ukraynanın Krım yarımadasındakı böhranın sülh yolu ilə həllinə çalışır. Britaniyanın xarici işlər naziri Uilliam Heyq ABŞ-la Britaniyanın Ukrayna ilə Rusiya rəsmilərinin belə bir diplomatık imkandan istifadə etmələri üçün bir araya gəlmələrinə çalışdığını deyib.

Xarici işlər naziri Rusiya və Ukraynanın xarici işlər nazirlərinin bir araya gətirilməsi səylərinin davam etdiriləcəyini deyib.

Rusiya ABŞ və Ukraynanın Heyqlə bərabər iştirak etdiyi Paris müzakirələrinə qatılmayıb. Görüş "Budapeşt Razılığı" adı altında keçirilib. 1990-cı illərdə imzalanan "Budapeşt Memorandumu"na görə ABŞ, Rusiya və Britaniya Ukraynanın ərazi bütövlüyünə dəstək verməlidir.

Bu gün axşam Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Ştatların dövlət katibi Con Kerri digər dövlətlərin xarici işlər nazirlərinin Livanla bağlı Parisdə keçirilən konfransa qatılıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG