ABŞ-ın birinci xanımı Mişel Obama Meksikaya səfərdən öncə yolüstü bir neçə saat Haitidə olub.
Haiti hökumətinin rəsmisi Amerikanın səsinə bildirib ki, bu gün Port-o-Prensə əvvəlcədən elan edilməmiş səfəri zamanı xanım Obama Haiti prezidenti Rene Prevalla görüşüb, sonra isə uşaq xəstəxanasına baş çəkəcək. Xanım Obamanın Haitidə beş saata qədər qalacağı gözlənilir.
Haitidən sonra Mişel Obama Meksikaya səfər edəcək. Ağ Evin açıqladığı bəyanatda xanım Obamanın paytaxt Mexikoya bu gün yetişəcəyi bildirir. Bəyanatda həmçinin deyilir ki, üç gün sürəcək səfər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi məqsədi daşıyır.
Xanım Obama Meksikanın birinci xanımı Marqarita Zavaa de Kalderonla görüşdə təhsil və iqtisadi inkişaf məsələlərini müzakirə edəcək. Ağ Ev həmçinin bildirir ki, xanım Obama Meksikaya səfəri zamanı məktəb şagirdləri və kollec tələbələrilə görüşlər keçirəcək.
Birinci xanım Mişel Obama ABŞ-a cümə axşamı günü qayıdacaq.