Accessibility links

Haitidə oğurlanan missionerlərin sərbəst buraxılması üçün 17 milyon dollar tələb edilir


The Wall Street Journal-ın bildirdiyinə görə, ABŞ-ın Haitidəki missioner qrupunun üzvlərini qaçırılmasının məsuliyyətini üzərinə götürən cinayətkar dəstə missionerlərin sərbəst buraxılması üçün 17 milyon dollar tələb edib.

The Journal-ın yazdığına görə, Haitinin ədliyyə naziri Lizt Quitel özünü 400 Mavozo adlandıran dəstənin keçən şənbə günü Port-a-Prinsin yaxınlığında oğurlanan Xristian Yardım Təşkilatının 16 amerikalı və 1 kanadalı üzvünün hər biri üçün 1 milyon dollar təyin etdiyini deyib.

The Journal nazir Quiteldən sitat gətirərək, oğurlananlar arasında 8 aydan 15 yaşa qədər 5 uşağın olduğunu və onların Port-a-Prinsin yaxınlığında, təhlükəsiz bir evdə saxlandığını bildirib.

The Journal "Quitel deyib ki, heç nə ödənmədən 17 missionerin azad edilməsi üçün danışıqlar aparırıq".

"Bu pulu verəndən sonra onlar həmin puldan daha çox silah və sursat üçün istifadə edəcək" - deyə, Quitel bildirib. O deyib ki, 400 Mavozo bu ilin aprel ayında keşişlərdən yalnız ikisi üçün pul ödənildikdən sonra oğurladığı beş Katolik keşişi və iki rahibəni azad edib.

Ağ Ev bazar ertəsi Federal Təhqiqat Bürosunun missionerləri tapmaq və onları təhlükəsiz yerə çatdırmaq üçün çalışdığını bildirib.

Ağ Evin mətbuat katibi Cen Psaki Prezident Co Baydenin səyləri ilə bağlı məlumatları mütəmadi olaraq Federal Təhqiqat Bürosu və Dövlət Departamentinin aldığını deyib.

Dövlət Departamenti bazar ertəsi missionerləri tapmaq üçün Haiti rəsmiləri ilə sıx əməkdaşlıq edən bir qrupun olduğunu da bildirib.

Dövlət Departamentinin sözçüsü Ned Praysın dediyinə görə, ABŞ qrupu Haiti polisi, missioner qrup, qurbanların ailə üzvləri və Kanada hökuməti ilə əlaqə saxlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG