Accessibility links

Haiti polisi nümayişçiləri atəşə tutub


Haitinin paytaxtında yüzlərlə nümayişçi Venesuela ilə neft razılığından milyardlarla dollarlıq məbləğin (3.8 milyarda ABŞ dolları) axını ilə bağlı araşdırma tələb edib.

Polis silahsız nümayişçilərə atəş açıb. Etirazçılar təkərləri yandırıb. Bir çoxları prezident Hivenel Moisin istefasına çağırıb.

Mois birinci xanım Mişellə bərabər Haitinin təsisçi lideri Jan Jak Dessalinesin anım mərasimində qatıldıqları vaxt etirazçıların səslərini eşidib.

Mərasimdə əklil qoyma prosesindən sonra bir polis işçisi nümayişçilərin atdığı daşdan yaralanıb.

2005-ci ilin iyun ayında əldə edilən Petrocaribe razılığı Venesuela müttəfiqlərinə endirimlərlə aşağı faizli enerji alışı imkanı verməli idi.

Lakin bir neçə auditdən sonra məlum olub ki, əldə edilən gəlir yoxa çıxıb.

Qalmaqal baş nazir Jak Qay Lofortantın istefasına yol açıb.

XS
SM
MD
LG