Accessibility links

BMT Haitidə veba epidemiyasının məsuliyyətini qəbul etmədiyinə görə tənqid edilir


Birləşmiş Millətlər Təşkilatının müstəqil eksperti qurumu Haitidə 9 min üç yüz insanın ölümünə, 800 min insanın isə xəstələnməsinə səbəb olan vəba epidemiyasına görə hüquqi cavabdehliyi üzərinə götürməkdən imtina edir

Xəstəlik BMT-nin Nepaldan olan sülhməramlılarının çaya tullantılar atması səbəbi ilə yayılıb. Vəba epidemiyası bu yoxsul ölkədə 2010-cu ildə adanın infrastrukturunu dağıdan güclü zəlzələnin baş verməsindən sonra sürətlə yayılmağa başlayıb. Haitidə hələ də hər həftə 500 yeni vəba halının olduğu bildirilir.

BMT-nin Baş katibi Pan Gi-Mun deyib ki, qurum bu epidemiyaya görə mənəvi məsuliyyət daşıyır. Lakin BMT hüquqşünaslarının məsləhəti ilə o və digər yüksək səviyyəli rəsmilər hüquqi məsuliyyəti qəbul etməyib, həll yolu irəli sürməyiblər.

Pan Gi-Mun vəbanın təsirinə qalmış ailələrə 200 milyon dollarlıq yardım paketinin ayrıldığını açıqlayıb.

Haitililər vəba epidemiyasına görə BMT-nin məsuliyyət daşıdığını deyərək, məhkəməyə müraciət etməyə çalışsa da, təşkilat diplomatik toxunulmazlığını iddia etmişdi.

BMT-nin ifrat yoxsulluq və insan haqları üzrə eksperti Filip Alston deyib ki, təşkilatın mövqeyi onun “hökümətlərin və başqalarının məsuliyyətə cəlb edilməsi səylərini gülünc vəziyyətdə qoyur.”

XS
SM
MD
LG