Accessibility links

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 700 -ü keçib


Avqustun 15-də 7,2 bal gücündə zəlzələ nəticəsində Haitidə ölənlərin sayı 700 -ü keçib. Rəsmilər azı 1800 adamın yaralandığını və daha çox insanın itkin düşdüyünü bildirib.

Bundan əlavə, bir neçə dəfə yeraltı təkanlar qeydə alınıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ şənbə günü paytaxt Port-a-Prensin təxminən 125 kilometr qərbindəki Petit-Trou-de-Nippes şəhəri yaxınlığında 10 kilometr dərinlikdə baş verib.

Jovenel Moizinn öldürülməsindən sonra cəmi üç həftə əvvəl vəzifəyə başlayan Prezident Ariel Henri hökumətin təsirlənmiş bölgələrə yardımları səfərbər etdiyini bildirib.

"Ən başlıcası dağıntılar altında mümkün qədər çox sağ qalanı xilas etməkdir" - deyə, prezident Associated Press-ə bildirib.

Rəsmilərin dediyinə görə, zəlzələ mərkəzinin yaxınlığındakı ən böyük şəhər olan Les Cayedə binaların uçub və şəhərə böyük ziyandəyib.

Xilasedicilər sağ qalanların axtarışını davam etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG