Accessibility links

Haitidə benzin daşıyan maşın partlayıb, 40-dan çox insan ölüb


Haitinin şimalında benzin daşıyan maşınının partlaması nəticəsində 40-dan çox adam ölüb. Onlarla yaralı var. Hadisə barədə xəbərləri çərşənbə axşamı yerli rəsmilər verib.

Baş nazir Ariel Henri deyib ki, partlayış bazar ertəsi axşam saatlarında Kap-Haitien şəhərində baş verib.

"Bütün Haiti xalqının yas saxladığı bu faciənin qurbanlarının xatirəsinə bütün ölkə ərazisində üç günlük matəm elan ediləcək" - deyə, o, Twitterdə yazıb.

Henri bildirib ki, onun administrasiyası zərər çəkənlərə kömək etmək üçün əraziyə səyyar xəstəxanaları yerləşdirir.

Hadisə barədə əlavə məlumat verilməyib. Digər tərəfdən yerli polis də hadisə barədə məlumat almaq üçün edilən zənglərə cavab verməyib.

Le Nouvelliste qəzeti onlarla yaralının xəstəxanaya yerləşdirildiyini və xəstəxanaların təchizat axtardığını xəbər verir. Doktor Calhil Turenne kimi tanınan bir şəxs qəzetə deyib ki, biz həddən artıq yüklənmişik.

Kap-Haitiendə inşaat mühəndisi işləyən Deyv Laros Associated Press-ə bildirib ki, gecə saat 1 radələrində maşın sürərkən yol boyu toplaşan izdiham və təcili yardım maşınlarını görüb.

O bəzi insanların yük maşınından yola yayılan benzini vedrələrlə toplayaraq evrlərinə aprdığını müşahidə etdiyini deyib. Partlayış Haitidə ciddi yanacaq çatışmazlığı və artan benzin qiymətləri ilə mübarizə zamanı baş verib.

"Ölkəmizdə baş verən şeylər dəhşətlidir" - deyə, Laros bildirib.

Keçmiş baş nazir Klod Cozef də Twitterdə “bütün insanların ağrısını və kədərini bölüşürəm” - deyə, yazaraq kədərini ifadə edib.

XS
SM
MD
LG