Accessibility links

Haitidə zəlzələnin ardınca güclü tropik qasırğa baş verib


Haitidə baş verən dağıdıcı zəlzələdən bir neçə gün sonra tropik siklon "Qreys" ölkəyə güclü yağışlar və küləklər gətirib.

Sinoptiklər fırtınanın çərşənbə axşamı ölkənin cənubunda 12-25 santimetr yağışlara səbəb ola və bunun da daşqınlar və torpaq sürüşmələri ilə nəticələnə biləcəyini bildirir.

Bundan əlavə ötən şənbə günü ölkənin cənub bölgəsində 7,2 bal gücündə baş verən zəlzələdən sonra sağ qalanların axtarış və xilasetmə işlərinin də yağıntılı hava səbəbindən ləngiyəcəyi ehitmal edilir.

Haiti rəsmiləri bazar ertəsi zəlzələ nəticəsində ölənlərin sayının 1419-a çatdığını xəbər verir ki, bu, bir gün əvvəl açıqlanan rəqəmlərdən 200 nəfər çoxdur.

Son məlumatlara görə 6000 mindən çox yaralı insan xəstəxanalarda tibbi yardım almağa çalışır.

Yüzlərlə insan Les Cayes xəstəxanasının pilləkənlərində tibbi yardım gözləyib və bir çox xəstə dərman və digər avadanlıqlar çatışmazlığı səbəbindən xəstəxanın çölündəki yataqlarda müalicə olunur.

ABŞ-ın Geoloji Xidmətinin məlumatına görə, zəlzələ paytaxt Porto Prinsdən təxminən 125 kilometr qərbdə Petit-Tro-de-Nippsin 10 kilometer yaxınlığında baş verib.

Ölkənin cənub-qərb yarımadasındakı evlərə, yollara və körpülərə ziyan vuran zəlzələ minlərlə insanı didərgin salıb.

"Bu son dərəcə ciddi vəziyyətə sürətli və effektiv cavab vermək üçün birlikdə çalışmalıyıq" - deyə, Haitinın Baş naziri Ariyel Henri bildirib. O, zərərləri araşdırmaq üçün şənbə günü Le Kaya yola düşmüşdü.

Ölkənin üzləşdiyi çətinliklərə görə Haiti və Dominikan Respublikasının bütün sahilləri üçün tropik fırtına saatı tətbiq edilib. Tropik Qreys qasırğasının bazar ertəsi adaya leysan yağışları gətirəcəyi, daşqınlara və sellərə səbəb olacağı gözlənilir.

ABŞ Milli Qasırğa Mərkəzi fırtınanın bazar ertəsinə qədər Hispaniolaya çatacağını, Haiti və Dominikan Respublikasının qərb və şərq sahillərində 10-20 santimetr yağış yağacağını proqnozlaşdırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG