Accessibility links

Haitinin baş prokuroru həbs edilən şəxslərlə bağlı təzyiqlərə məruz qaldığı barədə şayiələri rədd edib


Haitinin baş prokuroru Pol Erons Villard bazar günü polis tərəfindən həbs edilən gizli silahlarla silahlanmış səkkiz nəfərin azadlığa buraxılmalarına dair təzyiqlərə məruz qaldığı barədə şayiələri inkar edib.

Pol Erons Villard həmçinin, ədliyyə naziri Pierr-Riçard Kasimirin məhbuslarla görüşdüyünü də inkar edib.

Həbs edilən şəxslərin biri haitili, ikisi serbiyalı, beşi isə amerikalıdır. Onların həbsə alınması Haitidə artıq 10 gün ardıcıl davam edən nümayişlər və qarətlərin baş verdiyi vaxta təsadüf edir.

Sözü gedən səkkiz nəfər qanunsuz silah saxlamaq səbəbi ilə həbs edilib. Polis onların motivlərini araşdırır.

ABŞ Dövlət Departamentinin sözçüsü həbslər barədə xəbərdar olduğun bildirib, lakin bu barədə şərh verməkdən imtina edib.

Haitinin baş prokuroru şübhəlilərin həbs edilməsi barədə cümə axşamı ətraflı məlumat əldə edəcəyini bildirib.

XS
SM
MD
LG