Accessibility links

Müvəqqəti Baş nazir Haiti prezidentinin qətlindən sonra sakitliyə çağırıb


Haitinin müvəqqəti Baş naziri Klod Cozef Prezident Jovenel Moizinin şəxsi iqamətgahına hücum zamanı güllələnərək öldürülməsindən sonra sakitlik üçün ölkəsinə müraciət edib.

Çərşənbə günü verdiyi açıqlamada Cozef paytaxt Port-o-Prinsin kənarında yerləşən iqamətgaha hücum edən şəxsiyyəti bilinməyən bir qrupun "nifrət dolu, qeyri-insani və barbar bir hərəkət"lərlı qətlin məsuliyyətini daşıdığını bildirib.

O, cümə axşamı səhər Port-o-Prins radiosuna verdiyi müsahibə zamanı qatilləri "xaricilər" olaraq xarakterizə edərək, bəzi qrup üzvlərinin ispan dilində danışdığını bildirib.

O, həmçinin əlavə edib ki, prezidentin həyat yoldaşı Martine də yaralanıb və müalicə üçün xəstəxanaya aparılıb.

Cozef milli polis qüvvələrinin vəziyyəti nəzaratə götürdüyün və "milləti qorumaq" üçün addımlar atdığını deyib. O, hökümətin işinə davam edəcəyini deyərək əlavə edib ki, "biz demokratiyayıq".

Baş nazir Milli Polis Qüvvələri ilə görüşündən sonra xalqa müraciət etməyi planlaşdırır.

Ağ Evin mətbuat katibi Cen Psaki MSNBC-yə verdiyi açıqlamada bildirib ki, ABŞ hücumu “nəzərədən keçirir” və Prezident Co Baydenə Haitidəki vəziyyət barədə məlumat veriləcək.

Haitidə siyasi qeyri-sabitlik, fikir ayrılıqları, bölünmə ilə yanaşı, qruplaşmaların zorakılıqları da artmaqdadır.

Keçən həftə Port-o-Prinsdə Barbeque ləqəbi ilə tanınan bir dəstə lideri Cimmi Kerisier Moizi hökumətinin istefası çağırışı ilə küçələrə çıxıb.

"Jovenel (Moizi) getməlidir!" - deyə, Kerisier etiraz zamanı jurnalistlərə bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG