Accessibility links

Türkiyəli bankir 32 ay həbs cəzasına məhkum edilib


ABŞ federal məhkəməsi İrana Amerikanın ticarət sanksiyalarından yayınmağa yardımçı olan türkiyəli beynəlxalq bankirə 32 ay azadlıqdan məhrumiyyət cəzası verib.

Mehmet Hakan Atillaya qarşı fırıldaqçılıq və konspriyasiya ilə əlaqəli beş ittiham irəli sürülüb.

O, irəli sürülmüş pul yuyulması ittihamından bəraət alıb.

Atilla keçən il Nyu-Yorka biznes səfəri zamanı saxlanılandan sonra artıq 14 aydır ki, həbsdədir.

Bu müddət onun azadlıqdan məhrum edilmə cəzasının ümumi müddətindən çıxılacaq.

XS
SM
MD
LG