Accessibility links

Hakim: İslam Dövlətinə qoşulan Amerikada doğulmuş qadın vətəndaş sayılmır


Federal hakim ABŞ hökumətinin İslam Dövləti qruplaşmasına qoşulan qadının bu ölkədə doğulmasından asılı olmayaraq, Amerika vətəndaşlığından məhrum edilməsi qərarını qüvvədə saxlayıb.

Qadının ailə vəkili cümə günü qubernatora müraciət etməyi planlaşdırdıqlarını deyib.

Huda Mutana Nyu-Cersidə Yəməndən olan bir diplomat ailəsində doğulub və Alabamada boya-başa çatıb.

Çox güman ki, o, internet vasitəsilə radikallaşdıqdan sonra 2014-cü ildə Birləşmiş Ştatları tərk edərək İslam Dövlətinə qoşulub.

Xaricdə olarkən hökumət Mutananın Birləşmiş Ştatlar vətəndaşı olmadığını müəyyən edib. Belə ki, o, doğulduğu zaman onun atası ABŞ-da diplomat olub.

Mövcud qaydalara əsasən, Amerikada doğulmuş şəxslərə avtomatik vətəndaşlıq statusu verilməsi barədə müddəa diplomat övladlarına şamil olunmur.

Birləşmiş Ştatlar Dairə Məhkəməsinin hakimi Riggi Valton bu qərarı cümə axşamı qüvvədə saxlayıb. Ailənin vəkili Çarls Svivt isə qərarın yenidən nəzərdən keçiriləcəyini bildirib.

XS
SM
MD
LG