Accessibility links

“Hakimiyyət ziyanın yarısından qayıtmaq qərarı verdi”


“Hökümət ya daha utanmaz olub, ya da qorxusu çoxalıb.”
please wait

No media source currently available

0:00 0:11:29 0:00

“Biz ata-oğul Əliyevlərin iqitdarda olduğu 25 il ərzində bəlkə də 70-80 dəfə Şəhidlər Xiyabanını ziyarət etmişik. Heç zaman belə problem olmurdu. Bu ildən başlayaraq problem yaşandı,” deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində ötən şənbə günü saxlanılmasını şərh edib.

Onun sözlərinə görə, hakimiyyət dairələri 20 yanvarda və Xocalı qətliamının anım günündə də müxalifət düşərgəsi üçün oxşar əngəllər yaratmışdı.

Bizim ölkədə müxəlifətçilik fəaliyyəti təmamilə məhdudlaşdırılıb.

"Bu dəfə nəinki qarşımızı kəsdilər, artıq həbs etdilər. Üst-üstə 100 nəfərə qədər adam həbs olundu," deyə Kərimli hakimiyyətin tədricən müxalifətin bütün aksiya imkanlarını məhdudlaşdırmaq istiqamətində sistematik siyasət yürütdüyünü vurğulayıb.

“Bu o deməkdir ki, hökumət hətta Şəhidlər Xiyabanına ziyarət zamanı yüzlərlə, minlərlə müxalifətçinin bir araya gəlməsinə artıq imkan vermək istəmir. Bizim ölkədə müxəlifətçilik fəaliyyəti təmamilə məhdudlaşdırılıb.”

Əli Kərimlinin həbsi beynəlxalq mətbuatda geniş işıqlandırıldı.
Əli Kərimlinin həbsi beynəlxalq mətbuatda geniş işıqlandırıldı.

Onun sözlərinə görə hakimiyyət bu yaxınlaradək ziyarətlərə müdaxilə etməyə utanırdı. Lakin belə görünür ki, "ya qorxudan ya da utanc hissini itirdiyindən" hakimiyyət Şəhidlər Xiyabanına ziyarəti də məhdudlaşdırmağa başlayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli 17 Noyabr Dirçəliş günü münasibətilə təşkil olunan yürüş zamanı həbs olunduqdan sonra bazar ertəsi günü azadlığa buraxılıb. Əli Kərimli Amerikanın Səsinə müsahibəsində saxlanılmasının səbəbləri və gələcək mübarizə metodlarından danışıb.

Azərbaycan xalqı bu günlərdə mənə böyük dəstək nümayiş etdirdi.

Əli Kərimli qeyd edib ki, hakimiyyət ölkədə təmamilə diktatura yaratmaq kursu götürüb və əlavə edib ki, beynəlxalq ictimaiyyət Azəerbaycanda demokratiyanın son nəfəsliklərinin də qapadılmasına imkan verməmək üçün məsuliyyət daşıyır.

Eyni zamanda o, Azərbacyanda müxalifətə sosial dəstəyin kifayət qədər geniş olduğunu vurğualyaraq onun azadlığa çıxmasında bunun mühüm rol oynadığını bildirib.

“Azərbaycan xalqı bu günlərdə mənə böyük dəstək nümayiş etdirdi. Məhz xalqımızın belə bir həmrəyliyi, bütün ictimai siyasi qüvvələrin ortaya mövqe qoyması, sosial şəbəkə fəallarının, Azərbaycan vətəndaşlarının ortaya mövqe qoyması hökümətin geri çəkilməsində əsas faktor oldu. Bu onu göstərir ki, Azərbaycanda hüquq və azadlıqlar çox məhdudlaşdırılsa da ölkədə demokratik dəyişiklər üçün çox böyük potensial var.”

Hökümət başa düşdü ki, belə bir əsassız həbs özünə təhlükə hesab etdiyi rəqibini siyasi cəhətdən daha da gücləndirəcək.

Onun sözlərinə görə, bu həbsin geniş miqyasda pislənməsi, Azərbaycan cəmiyyətində bu həbsə qarşı yaranmış həmrəylik höküməti qorxutdu və geriyə addım atmağa məcbur etdi.

“Hökümət başa düşdü ki, bu qanunsuz həbs onun siyasi opponentini nəinki sıradan çıxarmayacaq…, əksinə, siyasi baxımından bu həbs onun rəqibinin daha da güclənməsinə gətirib çıxaracaqdı. Və hökümət başa düşdü ki, belə bir əsassız həbs özünə təhlükə hesab etdiyi rəqibini siyasi cəhətdən daha da gücləndirəcək, ona görə ziyanın yarısından qayıtmaq qərarını verdi.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG