Accessibility links

Heyli və Desantis Respublikaçıların Ayovadakı debatında bir-birini kəskin tənqid edib


Çərşənbə axşamı Respublikaçıların prezidentliyə namizədlik üçün keçirilən beşinci debatında üç namizəddən ikisi - Florida qubernatoru Ron Desantis və Birləşmiş Millətlər Təşkilatının keçmiş səfiri Nikki Heyli iştirak edib.

Mübahisəli debat ölkənin ilk prezidentliyə namizədini müəyyənləşdirməyə bir həftə qalmış Ayova ştatında baş tutub.

Desantis və Heyli iki saatlıq tədbirin çox hissəsini bir-birilərinə hücum edərək və bəzi hallarda namizədlik yarışında öndə olan keçmiş prezident Donald Trampı tənqid edərək keçiriblər.

Trampın ölkəni idarə edəcək xarakterə malik olub-olmadığını soruşduqda Heyli suala birbaşa cavab verməkdən yayınıb və deyib ki, növbəti prezidentin “mənəvi şəffaflığa” ehtiyacı var.

Cənubi Karolina keçmiş qubernatorunun Trampın inkar etdiyi 2020-ci il seçkilərinin nəticələri ilə bağlı mövqeyi qəti olub: "Tramp uduzdu, (ABŞ prezidenti Co) Bayden qalib gəldi".

Diqqət çəkən sətirlərdən birində Desantis Heylinin ukraynalıları dəstəkləmək üçün pul ayırmasını təsdiqləməsinə işarə edərək onun “Birləşmiş Millətlər Təşkilatının düşüncə tərzi”ndə olmasını və sanki ABŞ-ın qeyri-məhdud resursları varmış kimi davrandığını qeyd edərək “Səfiri Birləşmiş Millətlər Təşkilatından çıxara bilərsiniz, lakin Birləşmiş Millətlər Təşkilatını səfirdən çıxara bilməzsiniz” deyib.

Heyli Respublikaçıların Ukraynaya yardıma qarşı artan müqaviməti ilə razılaşmır və Rusiyanın qalib gələcəyi halda “Polşa və Baltikyanı ölkələrin növbədə və bunun ABŞ üçün riskli olacağını” proqnozlaşdırır və buna görə avadanlıq və silah təminatını dəstəkləyir. Lakin o, pulu izləmək mümkün olmadığını nəzərə alaraq hər hansı xarici ölkəyə pul göndərməyin əleyhinədir.

İsrail və HƏMAS arasındakı münaqişə ilə bağlı Desantis deyib ki, “HƏMAS ikinci bir soyqırım istəyir, ona görə də ABŞ İsraili dəstəkləməlidir”. Heyli də İsraili dəstəkləyir. Desantis deyib ki, o, İsrail və Fələstin üçün iki dövlətli həll yolunu dəstəkləmir.

Heç bir namizəd İsrail-HƏMAS müharibəsinin yayılmasını dayandırmaq üçün İran daxilində zərbələri dəstəkləməyəcək, lakin Heyli İranın İraq və Suriyadakı Amerika qoşunlarına zərbə endirməsinə imkan verən istehsal imkanını “ yox edəcəyini” bildirib.

DeSantis ABŞ şirkətlərinə vergi və tənzimləyici güzəştlər verməklə xüsusilə dərman və silahlar üzrə Çin və ABŞ iqtisadiyyatlarını ayırmağın zəruriliyindən danışıb.

Sənədsiz immiqrantlar haqqında Heyli sığınacaq şəhərlərinin maliyyələşdirilməsini dayandırmağı, sərhəd nəzarət xidmətinin və ICE-yə əlavə 25 000 agentin ayrılmasını və "tut və burax" deyimini "tut və deportasiya" ilə dəyişdirməyi dəstəkləyir.

Desantis isə sərhəd divarını ödəmək üçün xarici ölkələrə pul köçürmələrinə rüsum tətbiq etmək istəyir.

Heç bir namizəd ABŞ-da yaşayan 10 milyondan çox sənədsiz immiqrantı əfv etməyəcək. Desantis onlara verilən imtiyazların aradan qaldırılmasını və ölkəyə gəlmək üçün verilən üstünlüklərin dayandırılmasını təklif edib; Heyli onları deportasiya edəcəyini bildirib. Onun sözlərinə görə, onlar qanuni mühacirləri qabaqladıqları üçün onların "yolunu kəsirlər".

Debat zamanı Desantis əsas məsələlərlə bağlı mövqeyini dəyişdiyi üçün Heyliyə hücum edib və Heyli dəfələrlə tamaşaçıları Desantis dediyi yalanları sadalayan vebsayta yönəltməyə vadar edib.

Dörd ittihamnamədə 91 cinayət ittihamı ilə üzləşən Tramp Ayova ştatında keçirilən səsvermələrdə iki rəqibidən 30-40 xalla irəlidədir.

Əvvəlki dörd debatda olduğu kimi Tramp CNN debatında rəqibləri ilə üz-üzə görüşməkdən yayınıb. O, çərşənbə günü Fox-da yayımlanan və təxminən 3 km aralıda yerləşən binada çıxış etməyi seçib. Keçmiş prezident partiyanın namizədi olduğu təqdirdə, vitse-prezidentinin kim olacağını bildiyini qeyd edib, lakin heç bir ipucu verməyib.

Tamaşaçıların sualında Trampdan ABŞ-ı xarici müharibələrdən necə uzaqlaşdıracağı soruşulub. "Güc vasitəsilə sülh" - deyə, o cavab verib və Ukrayna və ya İsrailə son hücumun onun dövründə heç vaxt baş verməyəcəyini iddia edib.

“Ölkəmizin zəif prezidentini görürlər” - deyə, o davam edib, “və onlar ağlasığmaz bir iş gördülər”.

Günün əvvəlində Respublikaçı namizəd və keçmiş Nyu-Cersi qubernatoru Kris Kristi prezidentlik yarışını dayandıraraq seçkilərin "partiyamızın və ölkəmizin ruhu uğrunda mübarizə" olduğunu, lakin o, "nominasiya yolunda qalibiyyəti" görə bilmədiyini deyib. Kristi Trampın tərəfdarından açıq tənqidçisinə çevrilmişdi.

Siyasi ekspertlər Kristinin yarışdan getməsinin Ayova və Nyu-Hempşirdəki Heyliyə fayda verəcəyini proqnozlaşdırırlar, lakin o, heç kimin nominasiyasını dəstəkləməyib.

Forum

XS
SM
MD
LG