Accessibility links

Heyli seçki kampaniyasını dayandırdı


ABŞ prezidenti Co Bayden və sabiq prezident Donald Tramp çərşənbə axşamı günü ölkə daxilində partiyalarının ilkin seçkilərində böyük qələbələr qazanaraq 2020-ci il prezident seçkilərinin noyabr təkrarına yaxınlaşıblar. Çərşənbə səhəri Respublikaçıların prezidentliyə namizədliyi yarışında Trampın sonuncu rəqibi Nikki Heyli kampaniyasını dayandırdığını elan edib.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatında səfiri olmuş 52 yaşlı Heyli aylardır seçicilərə bildirib ki, ABŞ-ın yeni nəsil liderlər seçməsinin vaxtı çatıb. O, iddia edib ki, nə 77 yaşlı Tramp, nə də 81 yaşlı Bayden gələn ilin yanvarından başlayacaq dörd illik yeni müddətdə ölkəni idarə etməyə uyğundur.

Lakin Tramp 91 ittihamı əhatə edən misli görünməmiş dörd cinayət işi ilə üzləşsə də, respublikaçılar arasında böyük dəstək alır. O, “Super Çərşənbə axşamı” səsverməsində partiyanın prezidentliyə namizədliyini irəli sürən seçkiləri keçirən 15 ştatdan 14-də Heylini məğlub edib, Nikki Heyli yalnız kiçik şimal-şərq Vermont ştatında qalib gəlib.

Prezidentliyə namizədlik yarışından çəkilən Heylinin Trampı və ya başqa birini prezidentlik üçün dəstəkləyəcəyi gözlənilmir.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG