Accessibility links

Ukraynanın şərqində şiddətli döyüşlər davam edir; Odesada yarım milyon ailə elektriksiz qalıb


Baxmut.
Baxmut.

Ukraynanın cənubunda liman şəhəri Odesada yüksək gərginlikli yarımstansiyada “ciddi” qəza yarım milyon ailəni işıqsız qoyub. Bu barədə vilayət qubernatoru Maksim Marçenko fevralın 4-də bildirib və bununla da Rusiyanın daha əvvəl zərbələri ilə hədəf aldığı obyektdə qəzanın olduğu ilə bağlı əvvəlki xəbərləri təsdiqləyib.

“Eneri obyektlərinin birində ağır qəza baş verib və bu da yanğına səbəb olub” deyən Marçenko hazırda fövqəladə tədbirlərin görüldüyünü bildirib.

“Növbəti 24 saatda Odesa bölgəsinə bir sıra generatorlar çatdırılacaq. Biz ilk generatorların bu axşam gətirilməsini gözləyirik.”

“Dəyən ziyan böyük və ağırdır, ona görə də təmirin nə zaman bitəcəyinə dair proqnoz vermək üçün hələ çox tezdir,” o əlavə edib.

Marçenko həmçinin bildirib ki, energetika naziri və dövlət enerji şirkəti Ukrenergonun başçısı Odesa göndərilib.

Bu arada isə Ukraynanın baş naziri Denis Şmıhal fevralın 4-də deyib ki, Odesa şəhəri və ətrafı yüksək gərginlikli yarımstansiyada ciddi bir qəzadan sonra elektriksiz qalıb.

“Vəziyyət çətindir, qəzanın miqyası böyükdür, xüsusilə də kritik infrastruktura enerji təchizatını sürətli şəkildə bərpa etmək qeyri-mümkündür,” Şmıhal Telegram-da deyib. O deyib ki, Odesadakı yarımstansiya daha öncə də Rusiyanın raket zərbələri nəticəsində zərər görüb. Enerji təminatçısı Ukrenerho bildirib ki, mütəxəssisləri kritik obyektlərin təmiri üzərində işləyirlər.

Bundan öncə isə Ukrayna boyu hava hücumu ilə bağlı xəbərdarlıqlar ləğv edilib və Rusiyanın zərbə endirdiyinə dair məlumat verilməyib. Bu arada isə ukraynalı müdafiəçilər son 24 saatda ölkənin şərqində Donetsk və Luhanskda Moskva qoşunlarının yeni hücumları ilə üzləşiblər.

Səhər təxminən iki saat bounca davam edən xəbərdarlıq sirenaları son iki gündə üçüncü dəfədir səsləndirilib. Fevralın 3-də də mülki obyektlər və infrastruktura Rusiyanın zərbə endirməsi ilə bağlı məlumat olmayıb.

Moskvanın səbəbəsiz işğalının başlamasında təxminən bir il keçdiyi bir vaxt, ordu Donbasda döyüşlərin şiddətləndiyini bildirib.

“Düşmən [Donetskin] Liman, Baxmut, Avdiyivka və Novopavlika ərazilərində hücum əməliyyatlarını davam etdirir və ağır itkilər verir,” Ukrayna Baş Qərargahı hesabatında bildirib.

Baxmut şəhəri uğrunda artıq aylardır döyüş gedir. Orada Rusiyanın hücum dalğaları Ukrayna qüvvələri üzərində təzyiqi artırır.

Şahidlər Azadlıq Radiosuna bildirib ki, Baxmutda küçə döyüşləri gedir.

Prezident Volodimir Zelenski fevralın 3-də deyib ki, Ukrayna qüvvələri Baxmut uğrunda döyüşməyə davam edəcəklər.

“Heç kəs Baxmutu verməyəcək. Biz bacardığımız qədər döyüşəcəyik. Biz Baxmutu qalamız hesab edirik,” Zelenski deyib.

Onun bu spzləri ABŞ mətbuatında Birləşmiş Ştatların Ukraynaya Baxmutdan geri çəkilməyi tövsiyə etdiyinə dair yayılan xəbərlərdən sonraya təsadüf edir. Bloomberg ABŞ rəsmilərinə istinad edərək deyib ki, bu, Kyivə baharda hücuma keçmək üçün qüvvə toplamağa imkan verəcək.

Baş Qərargah fevralın 4-də deyib ki, Ukrayna ordusu gəmçinin Rusiyanın Luhanskın Grekivka, Nevske, Kreminna və Divrova yaşayış məntəqələrinə hücumunu dəf edib.

Ordu bildirib ki, Rusiya qüvvələri Xarkiv və Mikolaiv regionlarında mülki infrastrukturu hədəf alaraq 20 hava hücumu və üç raket hücumu həyata keçirib və mülki əhali arasında tələfata səbəb olub.

Zelenski bildirib ki, Ukrayna qüvvələri doğru Qərb silahları ilə təmin olunsa, Rusiyanın yaxınlaşan hücumunu dəf edə bilər.

“Silah [təchizatı] sürətləndirilsə, xüsusilə də uzun-mənzilli silahların, biz nəinki Baxmutdan geri çəkilmərik, həm də [rus] işğalçıları Donbasda çıxarmağa başlayarıq,” o deyib.

Zelenski bildirib ki, Avropanın sanksiyaları Rusiyanın hərbi potensialını bərpa edə bilməsinini təmin etməyə yönəlməlidir.

Zelenski fevralın 4-də Britaniyanın Baş naziri Rişi Sunakla telefon danışığında Ukrayna ordusunun “imkanlarının genişləndirilməsini” müzakirə etdiyini bildirib. Zelenksi həmçinin Sunaka Ukraynalı əsgərlərə Challenger 2 tankları ilə bağlı təlimlər keçməyə başladığına görə təşəkkür etdiyini deyib.

Birləşmiş Ştatlar fevralın 3-də Ukraynaya yeni 2.2 milyard dollar dəyərində hərbi yardım paketini elan edib ki, buna Ukraynanın hazırda malik olduğu raketlərdən ikiqat daha uzun məsafəni qət edə bilərn raketlər daxil olacaq.

XS
SM
MD
LG