Accessibility links

Paparatsilərə qarşı sərt cəzaların tətbiqi müzakirə olunub


Aktrisa Hel Berri paparatsilərlə bağlı konqres qarşısında çıxış etmək üçün Vaşınqtona gəlib.

Hel Berri məşhurlar və onların övladlarına göz verib işıq verməyən fotoqraflara qarşı daha sərt cəzaların tətbiq edilməsinin qanuna əlavə edilməsinə ümid edir.

Bu, Oskar qalibinin paytaxt Vaşınqtona məsələ ilə əlaqədar ikinci səfəridir. 47 yaşlı hamilə aktrisa qanunvericilərə deyib ki, fotoqrafların daim onları izləməsinə görə onun qızı məktəbə getməyə qorxur.

Qanunvericilərlə görüşdə Cennifer Qarner də iştirak edib və aktrisa buna bənzər ifadə verib.

Hər gün paparatsilərin onun və onun üç uşağını aqressiv izləməsini izah edən zaman aktrisa hətta həyəcandan öskürməyə başlayıb. Özünə gələn aktrisa əlavə edib ki, fotoqraflar məşhurlara təcavüz etmək istəyənlərin maskalanmasına münbit şərait yaradır.

Bəli, vəziyyət bu dərəcədə ciddiləşə bilir.

Belə hadisələrdən birindən söhbət açan Cennifer Qarner təcavüzkarlardan birinin onu uşağını bətnindən kəsib çıxaracağı ilə hədələdiyini və daha sonra həmən şəxsin onun qızının məktəbinin arxasında həbs edildiyni deyib.

Qanun barədə qərar hələ qəbul olunmayıb.
XS
SM
MD
LG