Accessibility links

Hallovin - "Ölülərin qaçışı"


Hallovin - "Ölülərin qaçışı"
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Ölkənin hər yerində, əsasən uşaqlar olmaqla, çox sayda yaşlı insan da ilin ən `vahiməli gecəsi` olan Hallovini gözləyir. Lakin bəziləri bu gecəni gözləməyib, Hallovin əyləncələrinə daha tez başlayır. Vaşinqton şəhərindəki tarixi “Konqres qəbiristanlığı”nda isə “Ölülərin qaçışı” şənliyi keçirilir.

Hallovinə həsr edilmiş “Ölülərin qaçışı”nda iştirak etmək üçün “Konqres qəbiristanlığı”na cizgi və bədii filmlərindəki xarakterlərın, super qəhrəmanların geyimində və mələk kostyumlarında yüzlərlə insan toplaşır. Qəbir daşları, qorxulu musiqi sədaları və qaçışın axşam saatlarında keçirilməsi bu mərasim üçün əlverişlidir.

Hallovini idmanla qeyd etmək Vaşinqtonda artıq bir adət halını alıb. İan və Reys yarış üzvləridir. “Mənim fikrimcə bu əladır. qəbiristanlıqda vahimə var və eyni zamanda, bura parkdır. Viktoriya dövründə insanlar pikniklərə və gəzməyə qəbiristanlıqlara gedərdi” deyə, İan bildirir.

Reys: “Bu qəbiristanlıq bizim ərazidədir və mən buradakı bütün tədbirləri dəstəkləyirəm. Mənim bu yarışda iştirak etməkdən ötrü ürəyim gedir.”

Buraya giriş üçün yığılan pul isə bu tarixi qəbiristanlığın qorunmasına sərf edilir. “Konqres qəbiristanlığı”nın direktoru Pol Villiams: “Burada yığılan pul həqiqətən bizim bir illik xərcimizə çatır. Biz bunu 7 ildir edirik. Bizim əsas məqsədimiz buraya bu qəbiristanlığı görməyən daha çox insanı cəlb etməkdir. Əlbəttə, maliyyə də toplanır. Bu qaçışlardan hər il təxminən 10 min dollar toplanır.”

Qəbristanlıqda keçirilən qaçışda müxtəlif yaşda insanlar iştirak edir. “Biz məktəb zamanı belə gecədə iştirak etmədiyimiz üçün bunu yaşlı vaxtımızda edirik. Geyimimiz də bu mərasimə uyğundur” deyə. iştirakçı Ann bildirir.

Qaçış iştirakçısı Liza: Bu, axşam yarışı mənim xoşuma gəlir, şənlənirəm. Mən səhər adamı olmadığım üçün bunun bu saatlarda keçirilməsi mənim üçün rahatdır. Bu əyləncəli yarışdır”.

Milli isə bunları deyir: "Biz qalib gəlməyə çalışmırıq, məqsədimiz sona qədər qaçmaqdır.”

Mükafatlar dörd kateqoriyaya - kişilər, qadınlar, uşaqlar və ən yaxşı kostyumlara layiq görülür.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG