Accessibility links

İran prezidentinin səfəri ərəfəsində Həmədan sakinlərİ türk dilini təşviq edir


İran Azərbaycanından daxil olan məlumatlara görə Həmədan vilayəti əhalisi arasında türk dilində televiziya proqramlarının yayılması müzakirə mövzularından biridir.

Bir çox yerli sakinlər vilayət telekanalında türk dilində verilişlərin yayılmasını istəyir. Bu tələb ölkə prezidenti Həsən Ruhaninin Həmədan vilayətinə səfəri ərəfəsində daha tez-tez dilə gətirilir.

Prezidentin gözlənilən səfəri zamanı belə bir tələbin sakinlər tərəfindən səsləndiriləcəyi gözlənilir.

GünAz TV-nin məlumatına görə bu vilayətdə milli kimliyin qorunması uğrunda müxtəlif istiqamətlərdə cəhdlər var. Məsələn, son günlərdə Bahar şəhərinin girişində türkcə “Xoş Gəldiniz” yazılıb.

Hər il olduğu kimi bu il də avqustun 21-də tanınmış türk şairi Telimxanın anım mərasiminə çox sayda insan qatılıb. Bu növ tədbirlər türk mədəniyyəti və ədəbiyyatına olan bağlılığln ifadəsi kimi yozulur.

Dünya şöhrətli alim İbn Sinanın məzarı Həmədan şəhərində yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG