Accessibility links

Həmədanda mədəni abidələrin məhvinə geniş etiraz var


350 sənətçi, yazar və mədəni fəal valiyə etiraz məktubu yazıb

Həmədan vilayətinin 350-dən artıq sənətçi, jurnalist, yazar və mədəni fəalı Həmədan valisinə məktubla müraciət edərək vilayətin mədəni, tarixi və təbii irsinin məhv edilməsinə etiraz bildiriblər.

Etiraz məktubunu imzalayanlar arasında Pərviz Pərəstuyi, Əhməd Rza Dərviş və Haniyə Təvəssüli kimi məşhur kino sənətçiləri də var.

Bu haqda məlumat yayan İSNA xəbər agentliyinə istinadən, sənətçilər və mədəni fəallar bundan öncə də vilayətin tarixi və mədəni abidələrinin məhv edilməsinə dair valiyə etiraz məktubu yazıblar. Lakin buna baxmayaraq abidələrin təxribinin qarşısı alınmayıb.

İSNA-nın məlumatına görə, keçmişdəki etirazlar nəticəsində tarixi bir zorxananın məhvinin qarşı alınsa da “Zül-riyasəteyn”, “Bədiül-hükəma” və “Cəvahiri” adlı bağlar və saraylar təxrib edilib, yaxud xəsarət alıb.

Həmədan vilayəti
Həmədan vilayəti

İran Radio-Televiziya Qurumu tərəfindən nəşr edilən Cam-i Cəm qəzeti mədəni fəalların məktubu ilə bağlı Həmədanın mədəni irs, əl işləri və turizm təşkilatının sədr müavini Bəhram Tütünçüyə sual verib. Tütünçü məktubu imzalayanların bu xüsusda dəqiq araşdırma aparmadıqlarını irəli sürüb.

“Mədəni İrs Təşkilatı adı keçən bəzi bağlar və sarayları yoxlayıb amma onlarda qorunacaq və mədəni irs olaraq qeyd ediləcək önəmli bir xüsusiyyət görməyib,” deyə Bəhram Tütünçü söyləyib.

Yerli qəzetlər və türk fəallar İran Azərbaycanının digər bölgələrində də bir çox tarixi, mədəni və təbii irsin sistemli şəkildə məhv edildiyini və məhv edilməsinə göz yumulduğunu önə çəkirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG