Accessibility links

İsrail Qəzzaya hava və qurudan hücumlarını davam etdirir


İsrail Qəzzaya hava və qurudan hücumlarını davam etdirir. Fələstin rəsmiləri bu gün 20 adamın həlak olduğunu bildirib. İsrailin iyulun 8-də başladığı hərbi əməliyyatlarda ölənlərin ümumi sayı 718 nəfər təşkil edir. İsrail tərəfində isə 32 adam həyatını itirib.

İsrail ordusunun məlumatında Həmasın gün ərzində çoxsaylı raket hücumuna keçdiyi və raketlərin bəzilərinin müdafiə sistemi vasitəsi ilə zərərsizləşdirildiyi bildirilir.

Bu arada ABŞ dövlət katibi Con Kerri Qahirədə atəşkəs əldə edilməsi üçün səylərini davam etdirir.

Dünən dövlət katibi İsrailin baş naziri Benyamin Netanyahu, Fələstin prezidenti Mahmud Abbas və BMT-nin baş katibi Ban Gi Munla müzakirələr zamanı bəzi nailiyyət əldə edildiyini bildirib.

Həmas İsrail və Misirin blokadasına son qoyulmayanadək atəşkəsi qəbul etməyəci ilə hədələyir.

İsrail isə ərazilərinə raket hücumlarının dayandırılmasını və sərhəd tunellərinin məhv edilməsini istəyir.

XS
SM
MD
LG