Accessibility links

“Haqqına Sahib Çıx!” reproduktiv sağlamlıq kampaniyası keçirilir


İyunun 27-də Bakıda “Haqqına Sahib Çıx!” kampaniyanın açılış mərasimi keçirilib. Kampaniyanın hədəfi maarifləndirmə, monitorinq, müdafiə, ictimai vəkillik və şəbəkələşmə sahələrində fəaliyyətdir.

Reproduktiv sağlamlığa və hüquqlara həsr olunmuş kampaniyanı Regional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQS) həyata keçirir.

RİQS-in rəhbəri Şəhla İsmayıl bildirib ki, kampaniyanın əsas məqsədi Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlarla bağlı dövlətin, ictimayyətin mövqeyini dəyişmək yolu ilə bu sahədə səhlənkarlıq və korrupsiyanı aradan qaldırmaqdır.

Reproduktiv sağlamlıqla bağlı vəziyyət acınacaqlıdır. Təəssüflər olsun ki, Azərbaycanda elə ailə yoxdur ki, bu sahədəki problemlərdən əziyyət çəkməsin.
Şəhla İsmayıl, hüquq müdafiəçisi

“Ölkədə reproduktiv sağlamlıqla bağlı dəqiq rəsmi statistika yoxdur. Reproduktiv sağlamlıqla bağlı vəziyyət acınacaqlıdır. Təəssüflər olsun ki, Azərbaycanda elə ailə yoxdur ki, bu sahədəki problemlərdən əziyyət çəkməsin. Biz tez-tez həkimlərin səhlənkarlığı ucbatından uşaq və ya ana ölümü, xəstəliyə yoluxma, selektiv abortlar haqqında xəbərləri oxuyuruq. Amma biz miqyas barədə dəqiq heç nə bilmirik, çünki dəqiq statistika yoxdur” , İsmayıl qeyd edib.

O, əlavə edbi ki, 10 ildən çoxdur Milli Məclis “Reproduktiv sağlamlıq haqqında” Qanunu qəbul edə bilmir.

İsmayılın sözlərinə görə, kampaniyaya aid www.cyr.az sayt yaradılıb. Həmin saytda reproduktiv sağlamlıqla bağlı sorğu və hekayələri yerləşdirmək üçün xüsusi bölüm var.

“Sorğulara cavab verərək, hekayəni yerləşdirərək, adamlar bu sahədə yeni problemlərin aşkarlanmasına və problemlərin miqyasının öyrənilməsinə kömək etmiş olurlar” , hüquq müdafiəçisi bildirib.

XS
SM
MD
LG