Accessibility links

“Haqsızlıqdan danışmaq cinayətdirsə, onda mən cinayətkaram” [Müsahibə]


Arif Məmmədov (Foto Arif Məmmədovun Facebook səhifəsindən götürülüb)
Arif Məmmədov (Foto Arif Məmmədovun Facebook səhifəsindən götürülüb)

Azərbaycan Hesablama Palatası İslam Konfransı Təşkilatının Avropa İttifaqındakı keçmiş nümayəndəsi, hazırki iqtidarı tənqid edən Arif Məmmədovla bağlı Baş Prokurorluğa müraciət edib. Müraciət barədə Amerikanın Səsinə müsahibə verən diplomat Hesablama Palatasının dövlət sirrinin yayılması barədə ittiham irəli sürməsini təəccüblə qarşıladığını bildirib. Onun sözlərinə görə, Avropa Şurasında işləyən zaman Azərbaycanda olan haqsız həbslər barədə avropalıları daha düzgün məlumatlandığı üçün bu əməlini rəsmilər dövlət sirrinin yayılması hesab edirlər. "Əgər haqsızlıq haqqında məlumat yaymaq cinayətdirsə, onda mən cinayətkaram" - deyə Arif Məmmədov bildirib.

Sual: Arif bəy, bugün Azərbaycan Hesablama Palatası sizin barənizdə Baş Prokurorluğa müraciət edib. Bu müraciətə münasibətinizi bilmək istərdik?

Arif Məmmədov (Foto Arif Məmmədovun Facebook səhifəsindən götürülüb)
Arif Məmmədov (Foto Arif Məmmədovun Facebook səhifəsindən götürülüb)

Arif Məmmədov: Mən də bugün bu məlumatla tanış oldum. Xatırlayırsınızsa, mətbuatda bildirmişdim ki, mənə qarşı bu çirkin kampaniya dayandırılmayıb. Bir müddət öncə Azərbaycanda mənimlə bağlı nəsə tapmağa çalışsalar da, fotomontajdan başqa ortaya heç nə qoya bilmədilər. Mənimlə bağlı yoxlamaların getdiyindən xəbərdar idim. Gözəl anlayıram ki, məqsəd mənim gələcək siyasi fəaliyyətimin məhdudlaşdırılmasıdır. Azərbaycanda hal-hazırda Leyla Yunus, Arif Yunus və Xədicə İsmayılın məhkəmələri onu göstərir ki, bunlar hamısı sifarişlə icra edilir. Prezident Aparatından birbaşa sifariş gələndən sonra sistem insana qarşı müxtəlif yollarla çirkin ittihamlar irəli sürməklə məşğul olur. Mən siyasi platformamla və gələcək planlarımla bağlı mətbuata açıqlamalar verdikdən sonra onların müxtəlif addımlarla mənim mümkün siyasi fəaliyyətimi məhdudlaşdırmaq məqsədilə kampaniya başlayacaqlarını anlayırdım və son hadisələr mənim üçün gözlənilən idi.

Sual: Hesablama Palatası sizi hətta dövlət sirri yaymaqda ittiham edir. Sizcə Hesablama Palatasının məlumatı nə dərəcədə doğrudur?

Hesablama Palatası nə vaxtdan dövlət sirrinin yayılıb-yayılmaması haqqında ittiham irəli sürə bilər? Tamamilə onların səlahiyyətində olmayan işdir və tamamilə gülməlidir. Bu ittihamın sifarişli olmasına əlavə sübutdur.
Arif Məmmədov

Arif Məmmədov: Mən elə bu məsələyə də toxunmaq istəyirdim. Hesablama Palatası nə vaxtdan dövlət sirrinin yayılıb-yayılmaması haqqında ittiham irəli sürə bilər? Tamamilə onların səlahiyyətində olmayan işdir və tamamilə gülməlidir. Bu ittihamın sifarişli olmasına əlavə sübutdur.

Sual: Hesablama Palatasının müraciətini gülünc hesab edirsiniz, bəs ümumilikdə dövlət sirrinin yayılması ittihamı haqqında nə deyə bilərsiniz? Siz dövlət sirri yaymısınızmı?

Arif Məmmədov: Mən mətbuatda da demişdim ki, mən Avropa Şurasında işləyən vaxtlar hər zaman çalışırdım ki, Azərbaycanda olan haqsız həbslərin müzakirəsi zamanı avropalıları daha düzgün məlumatlandırım. Bu da yəgin onlar üçün dövlət sirri sayılır. Əgər haqsızlıq haqqında məlumat yaymaq cinayətdirsə, onda mən cinayətkaram.

Sual: Bir də bildirdiniz ki, bunlar hamısı siyasi fəaliyyətinizin qarşısını almağa yönəlmiş addımlardır. Siyasi partiya təsis etmək və ya ölkədəki hər hansı siyasi qüvvəyə qoşulmaq fikrindəsinizmi?

Arif Məmmədov: Bu sualı mənə dəfələrlə veriblər. Müasir dövrdə mən siyasi partiya lideri olmadan da, iPad və Facebook vasitəsilə yazdığım üç cümlə məni doqquz milyon adam arasında populyar edə bilir. Bundan əlavə öz keçmiş fəaliyyətimə görə Avropada xeyli insan arasında tanınıram. Məhz buna görə hələlik siyasi partiya təsisi haqqında düşünmürəm. O ki qaldı Azərbaycanda olan siyasi partiyalara, onu bildirim ki, mən bütün demokratik qüvvələrlə əməkdaşlığa hazıram.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG