Accessibility links

Haray: İranda gender problemləri


Haray: İranda gender problemləri
Haray: İranda gender problemləri

Haray proqramının bugünkü buraxılışını İranda gender problemlərinə həsr etmişik. Bakı Dövlət Universitetinin Gender və Tətbiqi psixologiya kafedrasının müəlliməsi Aynur Veysəlovanın sözlərinə görə, İranda qadınlar bir çox məsələlərdə ayrı-seçkiliyə məruz qalır. Onun fikrincə İranda qadına fərqli münasibət var. Aynur Veysəlova ilə söhbəti sizə təqdim edirik.

Sual: İranda gender probleminin vəziyyəti barədə nə deyə bilərsiniz. Bu məsələnin həllindən söhbət gedə bilərmi?

Cavab: Geniş mənada götürsək, “orada hələ insan hüquqları nə dərəcədə özünü reallaşdıra bilib?” – bu özü böyük bir sual altındadır,o ki qaldı cinsi olaraq qadınların və ya kişilərin orada təsbit olunması və ozünü ifadə etməsi. Orada ikili standartlara uyğun olaraq qanunlar və hüquqlar var. Biri var farslar üçün, biri də var azərbaycanlılar üçün nəzərdə tutulanlar. Sözsüz ki, azərbaycanlılar orada bütün hüquqları əllərindən alınmış vəziyyətdədir. Gender məsələsindən danışırsa, burada çatışmayan bir sıra cəhətlər var. İranda qadınları kompyuter arxasında, sükan arxasında olmasını, tələbə olmasını göstərə bilərlər, amma bu onların hüquqlarının qorunması demək deyil.

Sual: Təbii ki, İran dini dövlətdir, dini rejim hakimiyyətdədir. Dini dövlətçilik fəlsəfəsində gender məsələsi necə həll olunubdur? İslamda deyilir ki, cənnət anaların ayağının altındadır. İranın dini, dövlətçilik fəlsəfəsində bu ideologiya özünü necə doğruldur?

Cavab: Bu bir faktdır ki, islama qədərki dövrdə qız uşaqlarını diri-diri basdırırdılar. İslam dinindən sonra məsələ biraz dayandı. Amma bu, heç də o demək deyil, cənnət anaların ayağı altında oldu. O mənada ki, mülkiyyət, vərəsəlik məsələləridir. Burada qadına bir qədər fərqli yanaşılır. Əgər varislik hüququndan söhbət gedirsə, iki pay oğlana düşəndə, bir pay qıza düşür. Bir xoşagəlimli hadisə odur ki, Quranda göstərilib ki, uşağın cinsiyyəti ata ilə, atanın qanı ilə bağlı olan bir məqamdır. Ancaq bunun cəmiyyətə nə dərəcədə çatdırılması məsələsinin başqa tərəfidir. İranda rejim bunu necə təbliğ edir və insanları idarə etmək üçün ondan necə istifadə edir. Bundan başqa-başqa məsələlərdir.

Sual: Sizin fikrinizcə Azərbaycan Respublikasındakı azərbaycanlı qadınlarla, İranda yaşayan azərbaycanlı qadınlara qarşı gender bərabərliyində fərqlər və oxşar cəhətlər nədən ibarətdir? Ailədə, məişətdə, dövlətin idarə edilməsində və ictimai həyatda.

Cavab: Sözsüz ki, burada fərqli cəhətlər çoxdur və mən Cənubi Azərbaycanlılar nöqteyi nəzərində bu fərqin bir az da dərin olduğunu göstərmək istəyirəm. Məsələn insanın malik olduğunu təbii və köməkçi hüquqları var. Təməl yəni təbii hüquqlar yaşamaq, təhsil, işləmək, təmiz hava almaq, yaxşı evlə təmin olma hüququ və s. Gəlin görək İranda yaşayan insanlar və çoxluğu təşkil edən azərbaycanlılar onlar bu hüquqları nə dərəcədə əldə ediblər? O ki qaldı Şimali Azərbaycanda və hazırda İranda yaşayan azərbaycanlıların hüquqlarının müqayisəli həllindən söhbət gedirsə, sözsüz ki, şimalda bu proses tamam başqa cürdür. Yəni burada QHT-lər var, ictimai-siyasi fəaliyyətlə məşğul olan kifayət qədər qadın var. Düzdü bu heçdə o demək deyil ki, Azərbaycanın özündə gender problem həll olunub və heç bir problem yoxdur. Amma İranda müqayisədə Azərbaycan xeyli irəlidədir. Cəmiyyətdən söhbət gedirsə, cəmiyyət bir cinsin üzərində inkişaf edə bilməz.

XS
SM
MD
LG