Accessibility links

Livanın sabiq baş naziri Rafiq Həririnin qətlində ittiham edilən 4 nəfərin məhkəmə prosesi başlayıb


Bu gün Haaqa tribunalında 2005-ci ildə Livanın sabiq baş naziri Rafiq Həririnin qətlində ittiham edilən 4 nəfərin məhkəmə prosesi başlayıb.

Prosesin Livanda təriqətlərarası münaqişəni daha da qızışdıracağından ehtiyat edilir. Həriri 9 il əvvəl maşına yerləşdirilmiş bomba partlayışının qurbanı olmuşdu. Onunla bərabər 21 adam həyatını itirmişdi.

Mustafa Badrəddin, Səlim Əyyaş, Əsəd Səbra və Hüseyn Oneissi qiyabi şəkildə mühakimə edilir. Onların hamısı Hizbullah qrupunun üzvüdür. Müttəhmlər Həririyə qarşı hücum planlaşdırmaqda ittiham edilir.

Hizbullah hadisə ilə əlaqəsi olduğunu inkar edir. O, sui-qəsdin arxasında ABŞ və İsrailin dayandığını bildirir.
XS
SM
MD
LG