Accessibility links

Harlem Dezir Mehman Hüseynovun xaricə səfərlərinə qoyulan qadağının ləğvinə çağırıb


Harlem Desir
Harlem Desir

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir bloger, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynovun xaricə səfərinə qoyulan qadağını pisləyib.

O, Azərbaycan hakimiyyətini bu məhdudiyyəti aradan qaldırmağa çağırıb.

Harlem Dezir özünün Twitter səhifəsində qeyd edib ki, Mehman Hüseynov onun ofisi tərəfindən Vyanada jurnalistlərin təhlükəsizliyi ilə bağlı konfransa dəvət edilib.

Mehman Hüseynov Bakı Hava limanında (Foto Hüseynovun facebook səhifəsindən götürülüb)
Mehman Hüseynov Bakı Hava limanında (Foto Hüseynovun facebook səhifəsindən götürülüb)

Aprelin 9-da Mehman Hüseynovu ölkədən xaricə buraxmayıb. O, Berlinə uçmalı idi.

Mehman Hüseynov Nəsimi rayon Polis İdarəsinin rəisinin iddiası ilə iki il həbs cəzası çəkdikdən sonra martın 2-də azadlığa buraxılıb.

O, Amnesty International tərəfindən "vicdan məhbusu" kimi tanınıb.

XS
SM
MD
LG