Accessibility links

Britaniyada şahzadə Harri və Meqan Marklın toy mərasimindən öncə təhlükəsizlik tədbirləri gücləndirilib


Britaniyada şahzadə Harri və Meqan Marklın sabah keçiriləcək toy mərasimindən öncə təhlükəsizlik tədbirləri gücləndirilib.

Meqan atasının xəstə olduuna görə mərasimə qatılmayacağını bəyan edib.

Mərasimin minlərlə insanı küçələrə çıxaracağı gözlənilir.

Boşanmış və ikiirqli ailədən olan Meqan fəal, feminist və sabiq aktrisadır.

​Meqan və Harri deyilənə görə, 2016-cı ildə Kanadada tanış olub. Onların romansının ilkin çağları barədə çox az məlumat var.

Cütlük nişanlandığını ötən noyabr ayında bəyan edib.

Meqan kral həyatına alışmağa çalışdığı bir vaxt öz Amerika ənənlərini də həyata tətbiq edir. Məsələn o, Harrini ağıqladır, pəhriz saxlamağa və ət yeməməyə məcbur edir.

Mayın 19-da keçiriləcək nikah mərasiminə 600 qonaq dəvətlidir. Onların hamısı kraliça Elizabetin təşkil etdiyi nahar ziyafətinə qatılacaq.

Harri and Meqan axşam 200-ə yaxın qonağı özəl mərasimə dəvət edib.

XS
SM
MD
LG