Accessibility links

Harris: Gender bərabərliyi demokratiyanın güclənməsinə xidmət edir


"Söz və ya səs azadlığından məhrum olan qadınlar öz hüquqları uğrunda mübarizə aparmalı və ABŞ-ın onları dəstəklədiyini bilməlidirlər". Bu sözləri ABŞ-ın Vitse-prezidenti Kamala Harris Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi forumda bildirib.

Harris gender bərabərliyinin demokratiyanın güclənməsi üçün hər şeydən üstün olduğunu vurğulayıb.

"Söz azadlığı və ya səs hüququ olsun, demokratiyanın vasitələrindən istifadə edin. Və hələ bu azadlıqlarınız yoxdursa, onlar üçün mübarizə aparın və bilin ki, biz sizinlə mübarizə aparacağıq" - deyə, Harris video bağlantı vasitəsilə digər zirvə iştirakçılarına müraciət edib.

Onun sözlərinə görə, demokratiya dünyada təhdidlərlə qarşılaşır.

“Demokratiyanı gücləndirmək istəyiriksə, gender bərabərliyi üçün mübarizə aparmalıyıq. Çünki həqiqət budur ki, demokratiya hamı iştirak etdikdə daha güclü, kimsə kənarda qaldıqda daha zəifdir” - deyə, Vitse-prezident qeyd edib.

Vəzifəyə gəldikdən iki ay sonra Harris Prezident Co Bayden administrasiyasının gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması üzərində işləyən BMT Qadınları strukturu ilə əməkdaşlığını gücləndirdiyini açıqlayıb.

Sabiq prezident Donald Trampın rəhbərliyi altında Birləşmiş Ştatlar qadınların cinsi və reproduktiv hüquqlarını qorumaq üçün BMT-nin təşəbbüslərinə qarşı çıxırdı və bunu abortun gizli şəkildə təsdiqlənməsini nəzərdə tutduğunu düşünürdü.

Harris fərqli mövqedən çıxış edib.

"Qadınlar sağlam qalmaq üçün reproduktiv sağlamlıq xidmətlərindən istifadə etmək imkanına malik olduqda, onlar ictimai həyatda daha çox iştirak edə bilərlər və demokratiyamız bununla güclənir"- deyə, o bildirib.

Melinda Geyts Gates Fondunun gender bərabərliyi təşəbbüsləri üçün 2,1 milyard dollar yeni maliyyə ayıracağını deyib. Bu pulun yarıdan çoxu cinsi sağlamlıq və reproduktiv hüquqlara, 100 milyon dollar isə qadınların dövlət və özəl sektorda rəhbər vəzifələrdə çalışmasına kömək üçün xərclənəcək.

"Qadınlar təkcə danışa bilmək imkanına malik olmaq deyil, həm də siyasi qərarlar və digər qərarların verildiyi hər otaqda olmalıdırlar" - deyə, Geyts qeyd edib.

XS
SM
MD
LG