Accessibility links

Harvard Universiteti Cəmil Həsənlinin “Sincanda Sovet siyasəti” kitabını nəşr edib


Tarix elmləri doktoru Cəmil Həsənlinin Harvard Universiteti tərəfindən “Sincanda Sovet siyasəti” adlı kitabı nəşr olunub.

Müəllif Facebook səhifəsində yazır ki, kitab “Uygur xalqının acı həyat hekayəsindən bəhs edir. Orada təsvir edilən hadisələr böyük Uygur şairi Abdukadir Calalidinin Çin zindanında yazdıĝı "Yanarim yok" şeirinə çox bənzəyir.”

Kitab arxiv materilları əsasında tərtib olunub.

Cəmil Həsənlinin indiyədək Azərbaycan, Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Türkiyə və İranda otuzdan çox kitabı nəşr olunub.

Alim 20 əsrdə Azərbaycanda və keçmiş SSRİ siyasəti nəticəsində baş verənlər, o cümlədən soyuq müharibə dövrünün arxiv sənədləri əsasında yazdığı çoxsaylı əsərləri ilə tanınır.

Siyasətdə aktiv olan Cəmil Həsənli həmçinin müxalif partiya və qurumların birliyi olan Demokratik Qüvvələrin Milli Şurasının sədridir.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG