Accessibility links

ABŞ əsgərlərini qətlə yetirən Nidal Həsənin məhkəməsində yekun arqumentlər təqdim edilir


ABŞ ordusunda xidmət göstərən psixiatorun kütləvi qırğına dair məhkəməsi bu gün yekun arqumentləri təqdim etməyə hazırlaşır.

Mayor Nidal Həsən öz məhkəmə prosesində özü vəkil qismində iştirak edib. O, şahidləri sual-cavab etməyə lüzum görməyib və hökumətin ona qarşı irəli sürdüyü ittihamları təkzib etməyib.

Həsən 2009-cu ildə Texas ştatındakı Foot Hood hərbi bazasında 13 əsgəri öldürməkdə və 31-ni yaralamaqda ittiham olunur.

Hərbi prokuror məhkəmə qarşısında cinayəti törətdiyini etiraf edən amerikalı müsəlman Həsənə qarşı ittihamları oxuyub.

Açılış ifadəsində Həsən hakimə terrorçuluğa qarşı müharibədə əks tərəfə keçdiyini və bu səbəbdən İraq və Əfqanıstanda müsəlmanlara qarşı döyüşəcək ABŞ əsgərlərinə hücum etdiyini etiraf edib.

42 yaşlı Həsən 13 zabitin iştirak etdiyi münsiflər məhkəməsində təqsirli bilinərsə ölüm cəzası ilə üzləşə bilər.
XS
SM
MD
LG