Accessibility links

Senatın Kəşfiyyat Komitəsi Cina Haspelin CIA direktoru namizədliyini təsdiq edəcəyi gözlənilir


Senatın Kəşfiyyat Komitəsi çərşənbə günü Cina Haspelin Mərkəşi Kəşfiyyat Agentliyinin (CIA) direktoru vəzifəsinə namizədliyini təsdiq edilməsi üçün səs verəcəyi gözlənilir.

Daha sonra isə onu namizədliyi çox güman ki, gələn həftə bütün Senatın təsdiqinə çıxarılacaq.

Respublikaçılar Senatda kiçik üstünlüyə malikdirlər. Lakin demokratların beş nümayəndəsi artıq Haspelin CIA direktoru vəzifəsi namizədliyinin lehinə səs verəcəyini bildirib.

Haspelin dəstək qazanmasının səbəbinin bazar ertəsi Kəşfiyyat Komitəsinin aparıcı demokrat senatoru Mark Uornerə yazdığı məktubun olduğu güman edilir. O, məktubunda 11 sentyabr 2001-ci ildə Birləşmiş Ştatlara qarşı həyata keçirilən terror hücumundan sonra sərt dindirmə proqramına rəhbərlik etməməli olduğunu bildirib.

Haspel söz verib ki, təsdiq edildiyi halda proqramı yenidən başlatmayacaq.

XS
SM
MD
LG