Accessibility links

Hava şəraiti ABŞ-da peyvəndlərin çatdırılmasına mane olur


Ekstremal soyuq hava şəraiti və elektrik enerjisinin kəsilməsi keçən həftə 2 mindən çox vaksinasiya məntəqəsinin bağlanması və ABŞ-ın bütün 50 ştatına 6 milyon doza vaksinin çatdırılmasında ləngimələrə səbəb olub. Bu barədə Ağ Evin baş müşaviri Endi Slavitt cümə günü jurnalistlərə bildirib.

Birləşmiş Ştatlar ərazisinin böyük bir hissəsində fevralın 14-dən davam edən ekstremal soyuq hava şəraiti Oklahoma və Arkanzas ştatlarında güclü qar tufanları ilə müşayiət olunub, Texas ştatında isə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Qar tufanları Bayden administrasiyasının vaksinlərin çatdırlmasını sürətləndirmək səyləri qarşısında maneə yaradıb. Bu ayın əvvəli orta hesabla gündə 1.5 milyondan çox vaksin çatdırılıb. Keçən həftə ilə bağlı ilkin məlumatlar kəskin azalma göstərir, lakin dəqiq rəqəmlər hələlik məlum deyil.

Hava şəraiti ilə əlaqədar olaraq president Baydenin Pfizer əczaçılıq şirkətinin Miçiqan ştatında Kalamazuda vaksin istehsal edən zavoda cümə axşamı planlaşdırılan səfəri cümə gününə qədər təxirə salınmışdı.

Endi Slavittin bildirdiyinə görə, hava şəraitinin düzəlməsi ilə vaksinlərin çatdırlması ilə bağlı vəziyyət normala qayıdır. Cümə günü 1.4 milyon doza peyvənd çatdırılıb. Slavitt hava şəraitinin bütün tədarük zəncirində fasilələrə səbəb olduğunu bildirib.

Moderna əczaçılıq şirkətinin vaksinlərinin qablaşdırıldığı zavod da hava şəraiti ilə əlaqədar olaraq bağlanıb.

Yolların bağlanması istehsal, paylanma və göndərilmə məntəqələri arasında çatıdırılmalarda ləngiməyə səbəb olub.

Moderna və Pfizer-BioNTech şirkətlərinin istehsal etdiyi peyvəndlər olduqca aşağı temperaturda saxlanmalıdır. Lakin Slavitt CNN tele kanalına ləngimələrə görə “xarab olan bir peyvəndin də olmadığını” bildirib.

Slavitt federal hökumətin gecikmiş vaksinlərin tətbiqini sürətləndirmək üçün peyvənd tətbiq edilmə məntəqələrindən iş saatlarının uzadılmasını istədiyini bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG