Accessibility links

Hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq


Te
Te

Iyunun 28-də Bakıda və Abşeronda isti, quru hava şəraiti davam edəcək. Gündüz 38, gecə 24 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliynin Milli Hidrometeorologiya Departamenti bildirir ki, Abşeron yarımadasında zəif gilavar küləyinin üstünlüyü, günün bəzi saatlarında durğun hava şəraiti və isti temperatur diskomfortu gözlənilir, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında 39 dərəcə, Mərkəzi Aran rayonlarında 40 dərəcə isti olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti havaların isti keçməsilə bağlı işəgötürənlərə xəbərdarlıq edib.

Müfəttişliyin məlumatında deyilir ki, havanın temperaturunun 41 dərəcədən çox isti olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlər görülməlidir.

Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda bütün işlər dayandırılmalıdır.

Öz növbəsində Səhiyyə Nazirliynin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, iyun ayı ərzində Bakı şəhərində 18 nəfər, o cümlədən 2 uşaq günvurma diaqnozu ilə müraciət edib. Onlardan 11 nəfəri xəstəxanalara yerləşdirilib.

XS
SM
MD
LG